BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNDƏ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Müşavirə iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, müşavirədə cinayətkarlığa qarşı mübarizənin vəziyyəti, ictimai asayişin, sabitliyin qorunması ilə bağlı şəxsi heyətin qarşısında duran vəzifələr geniş müzakirə edilmiş, müsbət işlərlə yanaşı, mövcud olan nöqsanlarda vurğulanmış, onların aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.
BŞBPİ-nin rəisi, polis general-leytenantı Məhərrəm Əliyevin məruzəsi dinlənilmiş, çıxışlar olmuşdur.
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsində iştirak etmişdir.