Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKI ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI HACIBALA ABUTALIBOVUN ÇIXIŞI

- Möhtərəm Prezident!

2004-cü ildə və 2005-ci ildə Bakı şəhərində, paytaxtın ətraf kənd və qəsəbələrində yeni ab-hava yaranmışdır. Bu da şəxsən Sizin göstərişiniz, bilavasitə köməyiniz və qayğınız sayəsində görülən işlər nəticəsində mümkün olmuşdur. Buna görə də bütün Bakı şəhəri əhalisi adından və ətraf kənd və qəsəbələrin əhalisi adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, çoxdan arzulanan bugünkü müşavirədə qaldırılacaq problemlərin tez bir zamanda Sizin göstərişiniz əsasında yerinə yetirilməsi üçün Bakı Şəhəri İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri bütün imkanlarını səfərbər edəcəklər.

Məlumat üçün bildirmək istəyirəm ki, Bakı şəhərində 1 milyon 851 min nəfər qeydiyyatdadır. Bunun 730 min 681 nəfəri şəhərətrafı kənd və qəsəbələrdə yaşayır. Kənd və qəsəbələrdə 161 məktəb, 135 uşaq bağçası, 88 poliklinika və xəstəxana fəaliyyət göstərir. Düzdür, 2004-2005-ci illərdə Sizin bilavasitə ayırdığınız böyük vəsait hesabına bütün kənd və qəsəbələrə dünya standartına uyğun yollar çəkilmiş və işıqlandırma sistemləri ilə təmin edilmişdir. Məktəblərin, uşaq bağçalarının müəyyən hissəsi daxili imkanlar hesabına əsaslı təmir olunmuşdur.

Lakin bununla bərabər, Bakıətrafı kənd və qəsəbələrdə müəyyən problemlər də var. Əsas problem işsizlik, qaz təchizatıdır, kənd və qəsəbələrin daxilindəki yolların əsaslı təmiridir. Digər tərəfdən, elə kənd və qəsəbələrimiz var ki, məktəblərdə dərslər dörd növbədə keçilir. Bu, acınacaqlı vəziyyətdir. Ona görə də Sizdən çox xahiş edirik ki, bu problemlərin həllində bizə kömək göstərəsiniz.

2004-cü ildə Bakı şəhərinin özündə, kənd və qəsəbələrdə uzunluğu 214 kilometr, eni 15 metr olan yolun təmir işi başlanıb qurtarmışdır. Bunun 150 kilometri kənd və qəsəbələrdədir. Bakı şəhərində 2004-cü ildə 5082 yeni elektrik dirəyi quraşdırılmışdır. 2005-ci ildə şəxsən Sizin qayğınız nəticəsində, əlavə vəsait ayrılması nəticəsində kənd və qəsəbələrimizdə və Bakı şəhərində 88 kilometr uzunluğunda 57 küçə əsaslı təmir olunmuşdur. Kənd və qəsəbələrimizdə əlavə 1155 elektrik dirəyi quraşdırılmışdır.

Möhtərəm Prezident, kənd və qəsəbələrin qaz problemi var, xüsusilə məktəblərin qızdırılması problemi var. Bununla əlaqədar olaraq məhz Sizin göstərişinizlə müəyyən yerlərdə müasir istilik sistemləri quraşdırmışıq və nəticələr müsbətdir. Yaxşı olardı ki, bütün kənd və qəsəbələrimizdə də, məktəblərdə, uşaq bağçalarında, xəstəxana və poliklinikalarda da istilik sistemləri olsun.

Möhtərəm Prezidentimiz, Sizin göstərişləriniz bizim üçün qanundur və biz bunları yerinə yetiririk. Əlimizdən gələni edirik ki, bütün işlər ən yüksək səviyyədə görülsün. Əmin ola bilərsiniz ki, bu müşavirədən sonra verdiyiniz tapşırıqları tez bir zamanda yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik, kənd və qəsəbələrimiz yeni inkişaf dövrünü yaşayacaqdır.

X X XİLHAM ƏLİYEV: Bugünkü müşavirədə Bakı şəhərinin bütün kənd və qəsəbələrinin nümayəndələri iştirak edirlər. Bakıda 50-yə yaxın kənd və qəsəbə var. Burada qəsəbə nümayəndələri, eyni zamanda, ağsaqqallar iştirak edirlər və istəyirəm ki, biz bu gün onların da sözünü eşidək.

X X X

Müşavirədə çıxış edən Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi Ağsaqqallar şurasının sədri ZƏKİ İSLAMYUSİFOV vaxtilə ümummilli lider Heydər Əliyevin ölkənin bütün regionları kimi, Binəqədi rayonunun inkişafına da göstərdiyi qayğıdan danışdı və bu qayğının indi də uğurla davam etdiyini məmnunluqla vurğuladı. O dedi ki, bu ətrafda Biləcəri, Sulutəpə, Xocahəsən, Binəqədi qəsəbələri var. Allah Heydər babaya rəhmət eləsin, deyirdi ki, şimaldan gələndə Bakının ən birinci qapısı, girişi Binəqədi rayonudur. Doğrudan da belədir. Binəqədi rayonunda son vaxtlar gözəl işlər gözə çarpır. Məmmədyarov küçəsində 11 kilometrlik qaz xətti çəkilibdir. Yollar asfaltlanır, təmir olunur, kəndarası yollar salınıbdır. Heydər Əliyev Fondunun prezidentini, Azərbaycanın birinci xanımını Allah xoşbəxt eləsin, əlil uşaqlar üçün gözəl hovuz tikdirmişdir. Bakının hər yanından uşaqlar valideynləri ilə birlikdə oraya gəlirlər, nə qədər sevinirlər. Yüz ildən çoxdur Biləcəri qəsəbəsindən dəmir yol xətti çəkilib. Biləcəri əvvəllər kiçik olubdur, indi böyüyübdür. Onu iki hissəyə bölən dəmir yol xəttində körpü var. Bunun altında piyadalar yolu qətiyyən olmayıb, vaxtilə fayton, araba üçün düzəlmiş bir yoldur. Sizin göstərişinizlə, binəqədililərin təşəbbüsü ilə onu söküb düzəldirlər. Əvvəlki körpünün uzunluğu 80 metrdir, təzə salınan körpünün uzunluğu 105 metr, eni 11 metr olacaqdır.

Zəki İslamyusifov Binəqədi rayonunda aparılan geniş quruculuq işləri ilə yanaşı, mövcud problemlər barədə də dövlət başçısına məlumat verdi.

Lökbatan qəsəbə nümayəndəsi SƏXAVƏT NURİYEV 1995-ci ildə Qaradağ rayonundan Milli Məclisə deputat seçilmiş İlham Əliyevin o vaxtdan bünövrəsini qoyduğu sosial infrastrukturun inkişafı istiqamətində görülən işlərin səmərəli nəticələrindən söhbət açdı.

S.Nuriyev dedi ki, cənab Prezident, Qaradağ rayonunun ictimaiyyəti, sakinləri bu gün haqlı olaraq, Sizin adınızı böyük sevgi hissi ilə çəkir, rayonun iqtisadi və sosial tərəqqisində köməyinizlə əldə edilmiş nəzərəçarpacaq dəyişikliklər barədə iftixarla danışır. Rayonun Lökbatan, Qızıldaş, Müşfiqabad və Ələt qəsəbələrində nə qədər işlər görülmüşdür. Mədəniyyət və istirahət parkları və guşələri, Sahil qəsəbəsində 3 kilometrlik dənizkənarı park salınmışdır. Şəhid ailələri və Qarabağ əlilləri üçün Lökbatan qəsəbəsində iki 5 mərtəbəli yaşayış binası inşa olunmuşdur. 35 kilometrə yaxın qəsəbədaxili yollar təmir edilmişdir. 54 idman növü ilə məşğul olmağa imkan verən Qaradağ İdman Olimpiya Məşq Bazası, rayon uşaq-gənclər idman məktəbi kompleksi istifadəyə verilmişdir. Sahil, Qobustan və Buta qəsəbələrində xəstəxanalar müasir üslubda yenidən qurulmuş, tibb avadanlığı ilə təchiz olunmuşdur. Bir sıra ümumtəhsil məktəbləri əsaslı təmir edilmişdir. Rayon ərazisində məskunlaşmış məcburi köçkünlər üçün Ümid qəsəbəsi salınmış, rayonun əsas yaşayış massivlərinin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün yüksək və aşağı gərginlikli xətlər və yardımçı stansiyalar təmir olunmuşdur. Qızıldaş və Çeyildağ qəsəbələrinə ümumi uzunluğu 28 kilometrə yaxın olan yeni su xətti çəkilmişdir. Bütün bu və digər genişmiqyaslı işlərə görə, qədirbilən qaradağlılar Sizə dərin minnətdarlıqlarını bildirirlər.

Lökbatan qəsəbəsində 1930-32-ci illərdə inşa edilmiş qamış, taxta tipli evlərin sökülməsinə və həmin evlərdə yaşayan əhalinin yeni mənzillərə köçürülməsinə də başlanmışdır. Rayonun Səngəçal və Ümid qəsəbələrində 5 kilometr uzunluğunda kanalizasiya xəttinin çəkilməsinə və təmizləyici qurğuların inşasına başlanmışdır və bu işlər qısa müddət ərzində başa çatdırılacaqdır. Qeyd edim ki, bu işlər Sizin təşəbbüsünüzlə Qaradağ rayonunun Sosial İqtisadi İnkişafı Fondunun yaradılması sayəsində mümkün olmuşdur.

Möhtərəm cənab Prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun vəsaiti hesabına son vaxtlar Lökbatan qəsəbəsinə 8 kilometr uzunluğunda su xəttinin çəkilməsi 20 min nəfərdən artıq əhalisi olan 1-2-3-4-cü yaşayış massivlərinin sakinləri tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır. Rayonun su təchizatında olan problemlərin həllində son mərhələ olan bu yeni su kəmərinin 6 kilometri magistral xətt və 2 kilometri isə qəsəbədaxili paylama xəttidir. Möhtərəm cənab Prezident, yeni su xəttinin çəkilməsinə görə Sizə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya bütün qaradağlılar adından bir daha dərin minnətdarlığımızı bildiririk.

Səxavət Nuriyev bütün qaradağlılar adından Azərbaycanın dövlət başçısını əmin etdi ki, rayonun imkanları dairəsində olan problemlər öz müsbət həllini tapacaqdır.

Nizami rayonu Keşlə qəsəbəsinin sakini HACIKAMİL RƏHİMOV 17250 nəfər sakini olan bu qəsəbədə son vaxtlar aparılan genişmiqyaslı tikinti–abadlıq, quruculuq işlərinin əhali tərəfindən sonsuz razılıq hissi ilə qarşılandığını söylədi. O bildirdi ki, qısa vaxt ərzində qəsəbədə 2 kilometr yollara asfalt döşənmiş, 1750 metr uzunluğunda yeni içməli su xətti, 900 metr uzunluğunda kanalizasiya xətti çəkilmişdir və məhəlləarası işlər davam edir. Əhalinin qazla, işıqla təminatında da məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yeni elektrik paylayıcısı qoyulmuş, xətlər təmir edilmişdir. Qaz probleminin həllində də irəliləyiş var. Qəsəbənin məhəlləarası yolları təmir edilmiş, sanitariya vəziyyəti yaxşılaşmışdır. Keşlədə iki məscid var və bunlar əsaslı təmir olunmuşdur. Buna görə qəsəbənin bütün ağsaqqalları Prezidentimizə öz minnətdarlığını bildirirlər.

H.Rəhimov daha sonra dedi ki, qəsəbə sakinlərinə tibbi xidmət göstərən 32 nömrəli xəstəxananın dam örtüyü və bir neçə otağı tam təmir olunmuşdur. Yaxın vaxtlarda xəstəxanaya yeni tibb avadanlığı verilmişdir. Qəsəbədə iki məktəb fəaliyyət göstərir və hər ikisinin təmirə böyük ehtiyacı var idi. Hazırda 201 nömrəli məktəb tamamilə təmir olunaraq, ən müasir təhsil ocağına çevrilmişdir. 227 nömrəli məktəbdə isə bir sıra təmir işləri aparılmışdır və indi də davam etdirilir. Bütün bunlar ürəkaçan işlərdir və Keşlə sakinlərinin arzu və istəklərinin həyata keçməsinin real nümunəsidir. Cənab Prezident, görülən bütün işlərə, göstərilən bütün köməyə görə Sizə bütün Keşlə camaatının ən xoş sözlərini, arzularını, minnətdarlığını çatdırıram.

H.Rəhimov həlli vacib problemləri də xatırlatdı. Qəsəbədə yeni məktəbin, uşaq poliklinikasının tikintisinə ehtiyac olduğunu bildirdi, dövlət başçısından bu işdə kömək göstərilməsini xahiş etdi.

Şağan qəsəbə nümayəndəsi TƏVƏKKÜL SƏLİMOV respublikada gedən geniş quruculuq işlərinə Əzizbəyov rayonunun ürəkdən qoşulduğunu bildirdi, son zamanlar bütün qəsəbə və kəndlərdə müşahidə olunan canlanmanın əhalinin əhval-ruhiyyəsinə də müsbət təsir göstərdiyini vurğuladı. O dedi ki, cənab Prezident, iki gündən sonra xalqımız Ramazan bayramını qeyd edəcəkdir. Bu münasibətlə Əzizbəyov rayonunun sakinləri, o cümlədən ağsaqqalları, ziyalıları, gəncləri adından Sizi, Sizin timsalınızda bütün ailənizi təbrik edirəm, cansağlığı diləyirəm.

Əzizbəyov rayonu Bakı şəhərinə nisbətən aralı olan rayonlardandır. Təbii ki, bunu Siz də bilirsiniz.

Burada 120 mindən yuxarı əhali, 16 min qaçqın və köçkün məskunlaşmışdır. Son illər ərzində Əzizbəyov rayonunda sosial-iqtisadi sahədə, mədəni quruculuq işlərində müəyyən nailiyyətlər, irəliləyişlər olmuşdur. Ancaq müəyyən problemlər də var. Bunların aradan qaldırılmasında, həll edilməsində rayon rəhbərliyinin, Bakı şəhəri rəhbərliyinin və Sizin təlimat və göstərişləriniz həmişə əldə rəhbər tutularaq, tədbirlər görülür. Azərbaycanın sosial-iqtisadi inkişafı ilə əlaqədar Sizin 2004-cü ildə imzanızla verilmiş fərman və sərəncamlar yerlərdə, o cümlədən bizim rayonda müvəffəqiyyətlə yerinə yetirilir.

Mən istərdim ki, bir neçə faktı Sizə xatırladım. Əvvəlcə son dövrdə qəsəbəmizdə Avropa standartlarına uyğun olan asfalt yolların çəkilməsini deyim. Bir neçə il bundan əvvəl Bakı-Mərdəkan yolunun çəkilməsində bilavasitə Sizin böyük təşəbbüsünüz və xeyirxahlığınız rayonumuzun sakinləri tərəfindən böyük rəğbətlə, hörmətlə qarşılanmışdır. Onların sözlərini Sizə çatdırıram ki, həmin yolun çəkilməsinə görə çox sağ olun. Bunu deməyi mənə sakinlər həvalə etmişlər. Son iki ildə 50-dən artıq güc transformatoru qoyulmuş, kanalizasiya xətləri çəkilmiş, Qala–Şüvəlan asfalt yolunun 10 kilometri təmir olunmuş, işıqlandırılmışdır. Rayonun daxili imkanları hesabına yol kənarlarında 5 mindən yuxarı ağac əkilmişdir. Sizin köməyinizlə görülən bu işləri biz sakinlər ümummilli liderimiz Heydər Əliyevin siyasətinin məqsədyönlü şəkildə davam etdirilməsi kimi yüksək qiymətləndiririk. Mən bunu bütün camaatımız adından bəyan edirəm.

Cənab Prezident, rayonumuzda 12 qəsəbə vardır. Onlar ənənəvi olaraq sənaye və kənd təsərrüfatı istiqamətlidir. Min illər boyu burada əhalinin əsas məşğuliyyəti maldarlıq, kənd təsərrüfatı, sənətkarlıq olmuşdur.

Hörmətli Prezident, mərhum ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, mən Əzizbəyov rayonunu çox sevirəm, oranın insanlarını imanına, adət-ənənələrə sədaqətinə görə çox qiymətləndirirəm. Təkcə Mərdəkan, Şüvəlan yox, bütün qəsəbələrin sakinləri torpağa, əməyə bağlı insanlardır. Cənab Prezident, Bakı-Abşeron regionu üçün də sosial-iqtisadi inkişaf proqramı hazırlanacağını bəyan etməyinizi çox yüksək dəyərləndiririk. Siz bayaq o fikri vurğulayanda, ağsaqqallar buna ürəkdən razılığını bildirdilər. Bakıətrafı rayonların iqtisadi, mədəni, sosial inkişafı nöqteyi-nəzərindən buna çox böyük ehtiyac var.

Cənab Prezident, Bakıda tikinti işləri böyük vüsətlə davam edir. Ancaq bəzi hallarda onların yerləşdirilməsində, memarlığında problemlər var. Bu gün Əzizbəyov rayonunda və Bakıətrafı digər yerlərdə evlərin tikilməsində, yəni kənd evlərinin tikilməsində müəyyən problemlər var. Ona görə də təkcə memarlıq məsələlərinin gözlənilməsi yox, həm də Bakıətrafı qəsəbələrin özünəməxsusluğu nəzərə alınmalıdır. Buna elmi baxış olmalıdır. Bakı ətrafı çox sürətlə genişlənir, ekoloji problemlər də yaranır. Elə yerlərdə tikintilər aparılır ki, bu, ekoloji cəhətdən düzgün deyildir.

Cənab Prezident, Əzizbəyov rayonunun sakinləri məndən təvəqqe etdilər ki, onların adından Sizə minnətdarlığımı bildirim. Dedilər, cənab Prezidentə çatdırasınız ki, onun ömrü su qədər uzun olsun. Sizin bilavasitə israrlı təşəbbüsünüzlə, - ot kökü üstə bitər, o kişinin oğlu belə də olmalıdır, - oktyabrın 25-də Əzizbəyov rayonuna çəkilən su xətti işə salınmışdır. Cənab Prezident, onların bir xahişi bundan ibarətdir ki, 2006-ci ildən başlayaraq, qəsəbələrimizin bütün məhəllələrində, heç olmasa, müəyyən nöqtələrə də su çəkilsin.

Cənab Prezident, bu ilin fevral ayında Mehriban xanım bizim Əzizbəyov rayonuna təşrif gətirdi. İnternat məktəblərini, digər sosial obyektləri gəzdi və problemlərin aradan qaldırılması ilə əlaqədar Heydər Əliyev Fonduna öz tapşırıqlarını verdi. Bu günlərdə, Türkanda poliklinikanın açılışı nəzərdə tutulubdur. Yeni kitabxana, internat evləri açılmışdır. Rayonumuzun sakinləri Mehriban xanıma öz minnətdarlığını bildirir və o, bu cür xeyirxah işlərlə böyük dəstək və rəğbət qazanıbdır.

Cənab Prezident, biləsiniz ki, Əzizbəyov rayonunun sakinləri 6 noyabrda parlament seçkilərinin demokratik, şəffaf, Sizin verdiyiniz sərəncamlara uyğun keçirilməsində fəal iştirak edəcək və bu siyasi sınaqdan alnıaçıq, üzüağ çıxacaqlar.

Kürdəxanı qəsəbə nümayəndəsi RAFİQ RZAYEV ölkədə gedən demokratik dəyişikliklərin, iqtisadiyyatın sürətli inkişafının, dövlət başçısının atdığı qətiyyətli addımların Sabunçu rayonunda və onun qəsəbə və kəndlərində yaratdığı sağlam əhval-ruhiyyəni vurğuladı. Sabunçu rayonunun sakinləri adından Prezidenti qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdi.

O dedi ki, möhtərəm cənab Prezident! Sabunçu rayonu ərazisində olan Bakı kəndləri həmişə olduğu kimi, indi də Sizin daxili və xarici siyasətinizi, xüsusilə son günlərdəki qətiyyətli addımlarınızı yüksək qiymətləndirir. Həqiqətən də hiss olunur ki, Siz ümummilli liderimiz Heydər Əliyevin davamçısısınız. Bu sözləri, sadəcə olaraq, şüar xatirinə demirəm. Sabunçu, Kürdəxanı, Maştağa, Nardaran, Pirşağı, Ramana, Balaxanı sakinləri Sizin qəlbən həmin xəttin davamçısı olduğunuzu əyani şəkildə hiss edirlər. Yəni buna sübutlar var.

Hamımızın bildiyi kimi, 1994-cü il dekabrın 28-də Pirşağını su basmışdı. İnanın, biz, Kürdəxanı camaatı o suyu görəndə düşündük ki, görəsən belə bir çətin vaxtda bu fəlakətin qarşısını almaq mümkün olacaqmı? Axı sovetlər dövləti məhv olmuşdu. Ancaq ümummilli liderimiz Heydər Əliyevin birbaşa rəhbərliyi və onun göstərişləri, qayğısı nəticəsində nəinki bu fəlakət qısa müddətdə aradan qaldırıldı, hətta gələcək onilliklərdə digər kəndləri də belə fəlakət gözləməməsi üçün tədburlər görüldü. Xətlər çəkildi, həmin xətlərlə şor göllər dənizə axıdıldı.

Hamı bilir, uzun illər Bakı kəndlərində telefon problem idi, telefon əlaqəsi çox çətin idi. Yenə həmin illərdə qəsəbələrin, kəndlərin, demək olar ki, əksəriyyətində elektron ATS-lər quruldu. Səhiyyəyə, təhsilə böyük qayğı göstərildi. Bütün Bakı kəndləri şahiddir ki, həmin işləri hazırda Siz davam etdirirsiniz.

30 ildən yuxarıdır bütün Bakı camaatı bilir ki, əsas yollar nə gündə idi. Şəxsən Sizin göstərişləriniz, qayğınız nəticəsində əsas yollar Avropa standartlarına cavab verən səviyyədə yenidən salındı.

Bunu görməmək Allahı danmaq, haqqı danmaq deməkdir. Bunu bütün insanlar gördülər, bunun şahidi oldular.

Elektrik enerjisi təchizatı uzun illər Bakı kəndlərində ağır bir şərait yaratmışdı. Cənab Prezident, üzr istəyirəm, təkrar olmasın, yenə də şəxsən Sizin göstərişləriniz və qayğınız sayəsində 30 ildən qalan bütün xətlər, dirəklər yüksək səviyyədə təzələndi, yardımçı stansiyalar yenidən quruldu. Bütün məhəlli transformatorlar dəyişildi. Camaatımız bunu heç zaman görməmişdi. Yəni belə yüksək səviyyədə elektriklə təminatı görməmişdik.

Hazırda Sabunçu rayonu ərazisində, - kəndləri nəzərdə tuturam, - 20 kilometrdən artıq yeni qaz xətləri çəkilib, köhnə xətlər təmir olunubdur. Su xətləri də təmir edilib, Balaxanı kəndində 8 kilometrdən artıq yeni xətt çəkilibdir. Kürdəxanı qəsəbəsində 1,5 kilometrlik yeni xəttin çəkilməsi su təchizatını xeyli yaxşılaşdırıbdır. Bunları deməmək, qiymətləndirməmək mümkün deyildir. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondun vəsaiti hesabına Pirşağı kəndində indiyədək görünməmiş məktəb tikilmişdir. Pirşağı ağsaqqallarının nümayəndələri buradadır, orada heç vaxt elə məktəb olmamışdır. Gözəl, müasir standartlara cavab verən hər cür təminatı olan bir məktəb balaların, şagirdlərin ixtiyarına verilmişdir.

Bilgəhdə böyük bir internat məktəbi var. Hamı bilir ki, o, çox bərbad şəkildə idi, əsaslı təmirə ehtiyacı vardı. O da bu il tam təmir olundu və istifadəyə verildi.

Möhtərəm cənab Prezident, bütün bunlar həqiqətdir, faktdır, insanların gördükləridir. Ona görə biz bunları heç bir yazıya köçürmədən, hamısını Sizə şifahi şəkildə çatdıra bilirik.

Rafiq Rzayev əldə olunan uğurlarla yanaşı, həlli vacib məsələlərə də toxundu.

Badamdar qəsəbə nümayəndəsi HƏSƏN QASIMZADƏ 25 minə yaxın əhalisi olan bu yaşayış məntəqəsində son illər aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin sakinlərin sabaha inamını qat-qat artırdığını vurğulayaraq dedi:

- Möhtərəm cənab Prezident, Sizin birbaşa rəhbərliyinizlə son illər respublikamızda aparılan yenidənqurma-abadlıq işləri Səbail rayonunda, eləcə də Badamdar qəsəbəsində özünü göstərir. Sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün qəsəbə ərazisində yeni istirahət parkı salınmış, burada bütün şərait yaradılmışdır. Şəhər icra hakimiyyətinin yaxından köməyi ilə qəsəbəmizi şəhərlə birləşdirən 7 kilometrlik yol müasir standartlara uyğun təmir edilmiş və bütün kommunikasiya xətləri təzələnmişdir. Yolboyu işıq dirəkləri basdırılmışdır. Qəsəbəmizdən olan şəhidlərin xatirəsini əbədiləşdirmək üçün rayon rəhbərliyinin təşəbbüsü ilə yeni xatirə kompleksi inşa olunmuşdur.

Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə paytaxtda məhəllədaxili istirahət guşələri yaradılır. Biz bu işləri əsasən fəhlə yataqxanalarının olduğu yerlərdə görürük. Sakinlərimizin müraciəti əsasında biz qəsəbədən qəbiristana gedən 3 kilometrlik yolu bu günlərdə tam təmir etmişik.

Möhtərəm cənab Prezident, Sizin idmana, idmançılara göstərdiyiniz qayğı nəticəsində gənclər beynəlxalq yarışlardan medallarla qayıdırlar. Gənclərin idmana marağı getdikcə artır. Biz qəsəbənin mərkəzində müasir standartlara cavab verən yaşıl örtüklü mini futbol meydançasını bir həftə bundan əvvəl istifadəyə verdik. Onun soyunub-geyinmə otaqları və duşxanası da vardır.

Sonra H.Qasımzadə Bibiheybət qəsəbəsində görülmüş işlər haqqında da məlumat verdi.

Bildirdi ki, bir ay əvvəl qəsəbədə yeni poliklinika binası istifadəyə verilmiş, 50 nömrəli orta məktəbdə əsaslı təmir işləri başa çatmışdır. 30 il bundan qabaq tikilmiş mədəniyyət evi təmir olunmuşdur. Yeni idman meydançasının tikintisi yenicə başa çatmış və sakinlərin istifadəsinə verilmişdir.

H.Qasımzadə Badamdar qəsəbəsində içməli su təchizatı, kanalizasiya sistemi ilə bağlı problemlərdən, mövcud məktəbin müasir tələblərə cavab verməməsindən də danışdı, bu məsələlərin həlli üçün tədbirlər görüldüyünü bildirdi.

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ağsaqqallar şurasının sədri İBRAHİM QƏLƏNDƏROV dövlətimizin başçısının regionlarda və Bakı kəndlərində keçirdiyi görüşlərin əhəmiyyətini xüsusi vurğuladı.

O dedi ki, hörmətli Prezidentimiz, Sizin təşəbbüsünüz, ciddi tələbkarlığınız sayəsində respublikamızın bütün regionlarında geniş vüsət alan yenidənqurma, bərpa, tikinti işləri Suraxanıda da öz əksini tapıbdır. Bu iş davam etdirilir, etdiriləcəkdir, buna əmin ola bilərsiniz. Sizin bölgələrə davamlı səfərləriniz xalqımız tərəfindən dəstəklənir, bəyənilir və yüksək qiymətləndirilir. Siz bu yayda Suraxanının Hövsan qəsəbəsinə təşrif buyurdunuz, insanları dinlədiniz. Onların təkliflərini yerinə yetirdiniz. Gəldiyinizin ertəsi günü yolu asfaltlamağa başladılar. 4,5 kilometr məsafədən içməli su xətti çəkildi. Buna görə də Hövsan camaatı mənə tövsiyə etdi ki, onların təşəkkürünü Sizə çatdırım.

Hörmətli Prezidentimiz, Hövsan, Zığ, Yeni Günəşli və Qaraçuxur qəsəbələrinin sakinləri, gəncləri mənə tövsiyə etmişlər ki, onların aşağıdakı xahişlərini Sizə çatdırım.

Hövsan qəsəbəsində 4 mindən artıq əhali yaşayır. Mövcud su təchizatı indiki tələblərə cavab vermir. Xahiş edirlər ki, qəsəbənin əhalisinin içməli su ilə təmin olunması üçün əlaqədar təşkilatlara göstəriş verəsiniz.

Zığdakı mövcud məktəb binası 60-70 il öncə inşa edilmişdir. Qəsəbə çox genişlənib, əhalisi artıbdır. Həmin bina indi darısqallıq edir. Ona görə yeni məktəb binasının tikilməsini xahiş edirlər.

Yeni Günəşli və Qaraçuxur qəsəbələrində 80 minə yaxın əhali yaşayır, ancaq xəstəxana yoxdur. Xəstələri şəhərin digər yerlərinə aparırlar. Buna görə də qəsəbələrin sakinləri xahiş etdilər ki, xəstəxana tikilməsinə kömək göstərəsiniz.

Nəhayət, Sizin qayğınız, göstərişiniz sayəsində respublikamızın bir çox yerlərində idman kompleksləri tikilibdir. Bunlar gənclərin formalaşmasına, mətinləşməsinə, sağlamlığına xidmət edir. Suraxanı gəncləri mənə tövsiyə etdilər ki, onların xahişini Sizə çatdırım. İmkan daxilində, Suraxanı rayonu ərazisində idman kompleksi tikilsin, gənclərə Sizin tərəfinizdən hədiyyə olsun.

Suraxanılılar məndən xahiş etdilər ki, onların ürəkdən gələn arzularını da Sizə çatdırım. Sizə gələcək işlərinizdə uğurlar arzu edirik, Allah-Təala daim Sizinlə olsun!

Yaşasın müstəqil Azərbaycanımız!

Xətai rayonu Ağsaqqallar şurasının sədri QURBANƏLİ ƏLİZADƏ təmsil etdiyi Əhmədli kəndinin və rayonun digər yaşayış sahələrinin problemləri barədə söhbət açdı. O xatırlatdı ki, ulu öndərimiz 12 il öncə, noyabr ayının 2-də efir vasitəsilə bütün Bakı camaatına, Azərbaycanın bütün bölgələrinə müraciət elədi. Könüllülər toplandı, nə qədər adamlar toplandı. İndi baxın, o günlə bu tədbir arasında görün, nə qədər fərq var. Əgər faizlə desək, 12 ildə təxminən 100 faiz inkişafa doğru fərq var.

Hörmətli Prezident, Bakı ətrafında 40-dan çox kənd var. Mərkəzə ən yaxın olanları Keşlə və Əhmədlidir. Mən əhmədliliyəm, eyni zamanda, Respublika Ağsaqqallar Şurasının üzvü, Xətai rayonu Ağsaqqallar şurasının sədriyəm. 58 ilin müəllimiyəm.

Əhmədli kəndi baməzə kənddir. O, bütün kəndlərdən fərqlənir. Ona görə fərqlənir ki, dünyanın heç bir ölkəsində, Əhmədlidən başqa, metrosu olan kənd yoxdur. Əzizim İlham müəllim, şübhə etmirəm ki, yaxın gələcəkdə bu kənd muzeyə çevriləcəkdir. Biz bu ümidlə yaşayırıq. Ulu öndərimizin, ümummilli liderimizin qarşısında iki dəfə çıxışım olubdur. İndi tale üzümə güldü ki, onun davamçısının qarşısında çıxış etmək mənə nəsib oldu. Bundan böyük xoşbəxtlik nə ola bilər? Mən həyatda mənəviyyatı hər şeydən üstün tutmuşam.

Əhmədli kəndi bir də ona görə fərqlənir ki, hər ailədə azı 3 ali təhsilli mütəxəssis var. Əhmədli kəndində 12 min nəfər yaşayır. Hər ailənin 3 nəfəri Yeni Azərbaycan Partiyasının üzvüdür. Parlament seçkilərinə hazırlığın qızğın bir vaxtında bu tədbirin keçirilməsi möhtərəm Prezidentin Bakı camaatına böyük hörməti deyil, bəs nədir? Hörmət məgər maddi cəhətdə görülür? Mənəviyyat hər şeydən üstündür.

Əhmədli kəndində iki il ərzində çox işlər görülübdür. Kanalizasiya xətti çəkilib, asfalt döşənib, qaz təchizatında dəyişiklik var. 1935-ci ildə çəkilən su kəməri yadımdadır, indi də fəaliyyət göstərir, əlavə xətlər də çəkilibdir.

Lakin hörmətli Prezidentimiz, təbii haldır, başqa yerlərdə olduğu kimi, bizim kənddə də elə problemlər var ki, öz qüvvəmizlə həll edə bilmirik. Bu, dövlət səviyyəsində həll olunmalıdır. Görülən işlərdə icra hakimiyyətinin yaxından köməyi olub, yerli bələdiyyənin də xeyli iş görməsini inkar edə bilmərəm. Elə güman etməyin ki, mən bələdiyyə sədrinin müaviniyəm, ona görə tərifləyirəm, xeyr. Xudayar müəllimin seçilməsindən sonra kənddə azı 3-4 kilometrlik küçələr asfaltlanıbdır.

Möhtərəm Prezident, bizim kənd camaatı musiqini, idmanı, poeziyanı varlığı qədər sevir. Əbəs yerə deməyiblər ki, “Əhmədli musiqiçilər şəhəridir”. Bu yaxınlarda kəndin tarixinə dair kitab çıxacaqdır. Bəlkə də kənd şəhərə çox yaxın olduğu üçün mədəni baxımdan da dəyişiklik var. Mənim ömrüm gənclərlə keçib, bəlkə də ona görə deyirlər ki, 78 yaşın var, amma cavan qalmısan. Kəndimizin camaatı bir şeyi arzulayır. İnanın, Sizi hər dəfə televizor ekranında görəndə, kəndlərə gedəndə, necə sevinirlər, deyirlər, kaş bizim də kəndimizə gələydi. Bunu arzu edirik.

Cənab Prezident, icazə versəydiniz, iştirakçıların eşitmədiyi məqamı nəzərinizə çatdırardım. Bu deyəcəyim sözlər rəhmətlik ulu öndərimiz Heydər Əliyevin ünvanına aiddir. Heydər Əliyev cənablarının belə bir kitabçası çıxmışdır, məndə də var: “Allahın yolunda hamımız bir olaq”. 1993-cü il sentyabrın 5-də Təzəpir məscidindəki çıxışıdır. Heydər Əliyevin atası Əlirza kişi dindar olubdur. Mənim əlimdə faktlar var, Sizin nəzərinizə çatdırıram. Burada əyləşənlərin hamısı dinə inananlardır. Doğrudur, Azərbaycanın hər yerində İslam mənəviyyatını təbliğ edirlər. Fəqət 3 bölgə - Naxçıvan, cənub bölgəsi və Bakı zonası dinə çox yaxındır. Bəli, Əlirza – 1-ci, 8-ci imamın adlarıdır. Oğlanları - Həsən, Hüseyn 2-ci, 3-cü imamın adlarıdır. Biz müsəlmanlar ibadətdən sonra əlimizi qaldırırıq Allahın dərgahına, deyirik, İlahi Səni and verirəm, izzəti-cəlalına. Ömür yoldaşı, oğlu. Hacı Xalid bilir, Həzrəti Əlinin Aqil adında qardaşı olub, Şamda, yəni Dəməşqdə yaşayırmış. Həzrəti Əlinin yanına gəlib-gedərmiş. Bəs, Heydər adının lüğəti mənası nədir? Həzrəti Əlinin anası Fatimə olubdur. İfadəmə görə üzr istəyirəm, o, həzrəti Əliyə hamilə olanda çox əziyyət çəkibdir. Axı ana bətnində uşaq tərpənir. Yazıq qadın əziyyət çəkırmiş, uşağın dünyaya gəlməsi ərəfəsində məcbur olur, gedir Kəbəyə. Orada deyir ki, İlahi, mənim övladım sağ-salamat dünyaya gəlsə, oğlan olsa, adını Heydər qoyaram. Təsəvvür edin, bu, heç də təsadüfdən deyildir. Bəli, bəşər övladından bir nəfər Kəbədə anadan olan var. O da Həzrəti Əlidir. Heydər Kəğyar. Məclislərdə dərvişlər oxuyurlar, əmirlər əmiri ağam Heydər. Bəs, ərəbcə Heydər adının lüğəti mənası nədir? Sərkərdələr sərkərdəsi, sərdarlar sərdarı. Mən əlavə edirəm: siyasətçilər siyasətçisi.

Bəs, fenomenlik haradan gəlir? Onu Allah verir. Allah istədiyi adamlarına istedad verər.

Möhtərəm Prezidentimiz, Allah ona qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun! “Allahın yolunda hamımız bir olaq” kitabçasında deyir: “Azərbaycan xalqı uzun müddət öz dinindən məhrum olmuşdu. Bu, əlbəttə, bizim üçün acınacaqlı bir haldır. Ancaq bu nə sizdən, nə də məndən asılı idi. Ola bilər ki, bu, Allahın işidir. Və bu da bir imtahandır ki, görsünlər insan öz dinindən məhrum olandan sonra nə bəlalara düşür və öz dininə qayıdandan sonra nə qədər xoşbəxtlik əldə edir”.

Belə Prezidenti olan hər bir vətəndaş, əlbəttə, xoşbəxtdir. Şükürlər olsun ki, onun davamçısı Sizsiniz. İnanın mənə, həmişə fəxr etmişəm. Niyə? Siz təvazökar, sadə insansınız, şəxsiyyətsiniz. Mən insanın mimikasından onun qəlbini oxuyuram.

Sözümü bitirirəm. Kəndimizə gələn qonaqlardan bir az xəcalət çəkməyək, mümkünsə, imkan dairəsində bizə dövlət səviyyəsində kömək edin, bəzi problemlərimizi həll edək. Diqqətinizə görə çox sağ olun.

X X X

Dövlətimizin başçısı müşavirədə yekun nitqi söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib