BAKI SLAVYAN UNİVERSİTETİNDƏ “SƏFİR SAATI”
Oktyabrın 26-da tələbələrlə növbəti görüşə Polşa Respublikasının ölkəmizdəki yeni səfiri Kşiştof Krayevski gəlmişdir.
Polyakların həmrəyliyinin 25 illiyinə həsr olunmuş görüşü BSU-nun rektoru, professor Kamal Abdullayev açmışdır. O, ölkələrimiz arasında mədəni əlaqələrdən, universitetdə polyak dilinin tədrisindən, tələbələrin və magistrlərin Varşava Universitetində təhsil almasından danışaraq bildirmişdir ki, BSU-da Polşa müəllimləri də dərs deyirlər.
K.Krayevski “Həmrəylik”, Mərkəzi və Şərqi Avropada sistem dəyişiklikləri” mövzusunda məruzə etmişdir. Məruzədə 1945-ci ildən sonra Polşada baş vermiş siyasi proseslər işıqlandırılmış, 1970-ci illərin axırları - 1980-ci illərin əvvəlləri Qdansk və Qdınya gəmi tərsanələrində yaranmış xalq hərəkatından danışmışdır.
Sonda səfir tələbələri maraqlandıran suallara cavab vermişdir. Polonistika ixtisasına yiyələnən tələbələr sualları polyak dilində səsləndirmişlər.
Kşiştof Krayevski BSU-da Polşa mədəniyyəti mərkəzinin açılmasına kömək göstərəcəyini vəd etmiş, fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.