BAKI SLAVYAN UNİVERSİTETİNİN BEYNƏLXALQƏLAQƏLƏRİ GENİŞLƏNİR
Nümayəndə heyətinin üzvlərinin Varşava Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor V.Tigelskinin, Varşava Universiteti nəzdindəki Antropologiya və Etnoqrafiya İnstitutunun direktoru professor L.Mrozun, Qafqaz regionu üzrə seminar mərkəzinin direktoru professor D.Kolbayanın və Varşava Universiteti nəzdindəki Şərqi Avropa Tədqiqatları Mərkəzinin direktoru professor Y.Malitskinin BSU rəhbərliyi ilə görüşlərində elmi tədqiqat, təhsil, ali təhsilin idarə edilməsi ilə bağlı təcrübə mübadiləsi, tədris proqramları və vəsaitlərinin birgə hazırlanması sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılaşmalar əldə olunmuşdur.
Tələbə, magistrant və müəllim mübadiləsi, bu ali məktəblərdə stajkeçmə və praktikanın qarşılıqlı surətdə təşkili, mühazirələr oxunması, elmi konfranslarda və seminarlarda iştirak kimi aktual istiqamətlər haqqında da razılıq əldə edilmişdir.
Varşava Universitetində “Azərbaycan Mədəniyyəti Mərkəzi”nin və BSU-da “Polyak dili, Təhsil və Mədəniyyət Mərkəzi”nin açılması və onların fəaliyyətinin təmin edilməsi ilə yanaşı, Varşava Universitetində Azərbaycan dilinin tədrisinin təşkili haqqında qərar da mühüm hadisə olacaqdır.