Bakı Su İdman Oyunları Sarayında gərgin mübarizə davam edir
Bakı, 13 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində üzgüçülük üzrə yarışlar davam edir.
AZƏRTAC xəbər verir ki, axşam sessiyasının proqramına brass, batterflyay, sərbəst üsulla üzmə və arxa üstə üzmə növləri daxildir.
Yarışlar həm kişilər arasında, həm də qadınlar arasında keçirilir. Üzgüçülər 50, 100, 200, 400 və 800 metr məsafələrdə rəqabət aparırlar.
Bu gün həm də “Bakı-2017” üzgüçülük yarışlarının ilk qaliblərinin adları məlum olacaq.