Bakı-Sumqayıt qatarlarında “Apple pay” və “Google pay”lə ödəniş yenidən aktivləşdirilib
Bakı, 27 iyul, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmir yolu xəttində Bakı-Sumqayıt sürətli elektrik qatarlarında “Visa” bank kartlarına bağlı olan “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsullarını yenidən aktivləşdirib.
AZƏRTAC “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, sərnişinlər həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir.
Məlumata əsasən, əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]