BAKI-TBİLİSİ -CEYHAN ƏSAS NEFT İXRAC KƏMƏRİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konfransda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin region ölkələri üçün əhəmiyyətindən və layihənin iqtisadi inteqrasiya prosesindəki rolundan danışılacaq. Konfrans çərçivəsində Azərbaycan və Türkiyə incəsənət ustaları böyük konsert proqramı ilə çıxış edəcəklər.