Bakı Təşəbbüs Qrupunun icraçı direktoru: Biz beynəlxalq hüququn müddəalarını hər zaman dəstəkləyirik
Bakı, 3 sentyabr, AZƏRTAC
Qəmər Adaları İttifaqı 1975-ci ildə müstəqilliyini elan etdikdən 1 il sonra təəssüf ki, Fransa hökuməti tərəfindən orada qeyri-qanuni referendum keçirilərək Mayot adası işğal olundu.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov söyləyib.
O bildirib ki, 1995-ci ildən sonra Qəmər Adaları İttifaqının Mayot adasının işğalı və ərazi bütövlüyün pozulması ilə bağlı məsələlər bütün beynəlxalq təşkilatlarda Fransa tərəfindən bloklanmışdı. Bakı Təşəbbüs Qrupu 19 il sonra bu məsələni qaldıraraq BMT-nin qətnamələrini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün konfrans keçirdi.
“Bakı Təşəbbüs Qrupu bundan sonra da Mayot adasını Qəmər Adaları İttifaqının ayrılmaz hissəsi olması ilə bağlı BMT-nin qətnamələrinin yerinə yetirilməsi üçün çağırışlar edəcək. Biz beynəlxalq hüququn müddəalarını hər zaman dəstəkləyirik”, - deyə A.Abbasov vurğulayıb
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]