Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı və Pekin: Asiyanın sənaye xəritəsini dəyişən neft əməkdaşlığı – TARİXİ-ANALİTİK İCMAL

Bakı, 24 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC

Neft sənayesi bütün dövrlərdə dövlətlərin iqtisadiyyatının inkişafında və möhkəmlənməsində mühüm rol oynayıb. Bu kontekstdə 1950–1960-cı illərdə Çinin neft sənayesinin formalaşmasında və inkişafında Azərbaycanın verdiyi töhfə xüsusilə diqqətəlayiqdir.

Bakı və Pekin arasında Asiyanın sənaye xəritəsini dəyişən neft əməkdaşlığı ilə bağlı AZƏRTAC-ın əməkdaşının hazırladığı tarixi-analitik icmalı təqdim edirik.

Çin Xalq Respublikasında sürətli sənayeləşmə prosesi və beynəlxalq əməkdaşlığın genişləndiyi bir dövrdə azərbaycanlı mütəxəssislərlə qarşılıqlı əlaqələr ölkənin müasir neft sənayesinin yaradılması üçün möhkəm texnoloji və kadr bazasının formalaşdırılmasına imkan verdi.

Bu əməkdaşlığın ən mühüm istiqamətlərindən biri Çin ərazisində neft və qazın kəşfiyyatı, işlənməsi və hasilatını həyata keçirməyi qarşısına məqsəd qoyan birgə müəssisələrin və səhmdar cəmiyyətlərin yaradılması idi. Həmin layihələrin əsasında artıq o dövrdə yüksək inkişaf etmiş istehsal bazasına və güclü mühəndislik məktəbinə malik Azərbaycan neft sənayesinin zəngin təcrübəsi dayanırdı. Azərbaycan mühəndisləri, geoloqları və fəhlələri Çin neft yataqlarının işlənməsində mühüm rol oynayaraq, yalnız qabaqcıl texnologiya və müasir hasilat üsullarını deyil, həm də müstəqil və dayanıqlı sənaye formalaşması üçün lazım olan dərin biliklərini səxavətlə bölüşürdülər.

Xüsusi qeyd edilməlidir ki, azərbaycanlı ekspertlər yalnız texniki dəstək göstərməklə kifayətlənmirdilər. Onlar Çin kadrlarının hazırlanması və təlimində də fəal iştirak edir, bununla da Çin neft sənayesinin davamlı inkişafının təməl daşını qoyurdular. Beləliklə, təcrübə mübadiləsi yalnız texniki sahədə deyil, həm də insan kapitalının inkişafı səviyyəsində baş verir, uzunmüddətli inkişaf və sənayeləşmə üçün möhkəm zəmin yaradırdı.

1950–1960-cı illərdə Çin intensiv sənaye inkişafı mərhələsindən keçir, əsas prioritetlərdən biri isə müasir neft sənayesinin yaradılması idi. Zəngin təbii ehtiyatlara malik olmasına baxmayaraq, Çin yataqların səmərəli işlənməsi və neft avadanlıqlarının istehsalı üçün kifayət qədər təcrübəyə və texnoloji bazaya sahib deyildi. Belə şəraitdə Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırdı. Bir çox çinli mütəxəssis təhsil və təcrübəni məhz Bakıda, Azərbaycan müəssisələrində keçərək sürətlə zəruri bilik və bacarıqlar topladılar.

Bunun praktik nümunəsi çinli mütəxəssislərin Bakının müəssisələrində təcrübə keçmələri idi. Bakıda neft avadanlıqları istehsalında aparıcı müəssisələrdən olan Leytenant Şmidt adına zavod Çin neft sənayesi üçün kadr və texnologiya mənbəyinə çevrildi. “Kommunist” qəzetində (№1, 10337, 1 yanvar 1957-ci il) dərc olunmuş məktubunda Çin nümayəndə heyətinin üzvü, konstruktor-mühəndis Lu Çji-Çu çinli mütəxəssislərin Bakıda qarşılaşdıqları səmimiyyət, peşəkarlıq və qonaqpərvərlik mühitini böyük minnətdarlıqla təsvir edib. Həmçinin zavodun yüksək texniki təchizat səviyyəsi və insani münasibətləri sayəsində əldə etdikləri qiymətsiz biliklərin Çində neft avadanlıqları istehsalının inkişafında əsas rol oynadığını vurğulayıb.

Bu biliklər strateji əhəmiyyət daşıyırdı. Lu Çji-Çu xüsusi qeyd edib ki, Bakı təcrübəsi 1958-ci ildə istifadəyə verilməsi planlaşdırılan Lançjou zavodu kimi yeni istehsal güclərinin yaradılmasına təməl oldu. Beləliklə, Azərbaycan təcrübəsi sadəcə ötürülmür, Çin neft sənayesinin strukturuna inteqrasiya olunaraq, onun sürətli inkişafına və irimiqyaslı layihələrin reallaşmasına təkan verirdi.

Bu əməkdaşlığın insani tərəfi də diqqətdən kənarda qala bilməz. Lu Çji-Çu məktubunda Azərbaycan və Çin xalqları arasında ortaq iş və ideallar əsasında yaranmış dostluq və qardaşlıq münasibətlərini vurğulayırdı. Qarşılıqlı hörmət və dəstək ruhu uğurlu əməkdaşlığın və ikitərəfli münasibətlərin möhkəmlənməsinin əsas amillərindən biri oldu.

Pekin Politexnik İnstitutunun məzunları olan bir çox çinli mütəxəssis Bakının neft emalı zavodlarında təcrübə keçərək müasir avadanlıqların quruluşu və iş prinsipləri ilə tanış olurdular. Məsələn, mühəndis Szin Lin elektrik cihazlarını və texnoloji prosesləri öyrənərək, qiymətli praktiki biliklər əldə edib. Azad Bağırov və Firudin Zeynalov kimi təcrübəli azərbaycanlı mühəndislər yalnız bilik ötürməklə kifayətlənməyib, həm də çinli həmkarları ilə səmimi dostluq münasibətləri quraraq, qarşılıqlı anlaşma və əməkdaşlıq mühitini gücləndirirdilər.

Təcrübə əsasən rus dilində aparılırdı, çünki texniki ədəbiyyat və tədris materialları məhz bu dildə idi. Təcrübəçilərin məktublarından görünür ki, istirahət otaqlarında əsasən rus və Çin dillərində dərsliklər və texniki kitablar olurdu. Bu, onların təhsilə ciddi yanaşmalarını və bilik əldə etməyə səmimi istəklərini göstərirdi.

Çinli mühəndislər Azərbaycan həmkarları ilə dostluq görüşlərini və ünsiyyətlərini xüsusi coşqu ilə xatırlayırdılar. Ai Si-xua və Çjan Xo-jo qeyd edirdilər ki, azərbaycanlılar onlar üçün yeni texnologiyaların mənimsənilməsinə dəstək göstərən əsl dost və qardaşlara çevrilmişdilər. Onlar öz məktublarında ölkələrindəki çətinliklərə baxmayaraq, Azərbaycan təcrübəsini mənimsəməklə Çin sənayesinin sürətli inkişafına töhfə verməyə çalışdıqlarını vurğulayırdılar. Çinli mütəxəssislər məktublarında Bakı neftçilərinə və bütün Azərbaycan xalqına səmimi təşəkkürlərini bildirərək, Bakıda keçirdikləri günləri xoş xatirələrlə yad edir və xalqlarımız arasında dostluğun daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını vurğulayırdılar. Beləliklə, Bakı və Çin neftçiləri arasında əməkdaşlıq təkcə texniki təcrübə mübadiləsi deyil, həm də sənaye inkişafına və mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verən beynəlxalq dostluq və qarşılıqlı yardım nümunəsi idi.

Məhz həmin dövrdə – 1950–60-cı illərdə Azərbaycan və Çin resursların, texniki potensialın və peşəkar təcrübənin birləşdirilməsi üçün səmərəli alətə çevrilən birgə müəssisələr və səhmdar cəmiyyətlər yaratmağa başladılar. Bu strukturlar təkcə iqtisadi əməkdaşlığı deyil, həm də biliklərin və idarəçilik təcrübəsinin ötürülməsini təmin edir, ilk növbədə isə neft sənayesində mühüm rol oynayırdı.

1950-ci və 1951-ci illərdə Çin Xalq Respublikası hökuməti ilə müttəfiq dövlətlər arasında bərabərlik və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan sazişlər çərçivəsində dörd birgə səhmdar cəmiyyəti yaradıldı. Bu müəssisələrdə Azərbaycan mütəxəssislərinin və kadrlarının fəal iştirakı xüsusi əhəmiyyət kəsb edirdi. Onların yaradılması ikitərəfli münasibətlərin və iqtisadi tərəfdaşlığın inkişafında mühüm mərhələ oldu və Çin sənayesinin əsas sahələrinin sürətli inkişafına şərait yaratdı.

İlk olaraq Sintszyan əyalətində - Çinin strateji əhəmiyyətli, zəngin təbii ehtiyatlara malik bu bölgəsində “Əlvan və nadir metalların hasilatı cəmiyyəti” təsis olundu. Ardınca həmin bölgədə “Neft hasilatı cəmiyyəti” yaradıldı ki, bu da enerji sektorunun inkişafına göstərilən xüsusi diqqəti əks etdirirdi. Dalyan şəhərində isə sənaye obyektlərinin texniki dəstəyi və infrastrukturun inkişafı ilə məşğul olan “Kapital və cari təmir cəmiyyəti” fəaliyyətə başladı. Nəhayət, “Mülki hava xətlərinin istismarı və idarə olunması cəmiyyəti” təsis olundu ki, bu da nəqliyyat sisteminin inkişafında və ölkələrarası əlaqələrin möhkəmlənməsində mühüm addım idi.

Bu səhmdar cəmiyyətlər Azərbaycan və Çin arasında praktiki iqtisadi əməkdaşlığın parlaq nümunəsinə çevrildi. Belə ki, neft cəmiyyətinin əsas vəzifəsi Sintszyanda neft və qazın geoloji kəşfiyyatı, mənimsənilməsi və hasilatı idisə, əlvan və nadir metallar cəmiyyətinin əsas məqsədi regionun mineral-xammal bazasının inkişafı idi. Bu sazişlərin müddəti təqribən 30 il təşkil edirdi, bu isə tərəflərin niyyətlərinin ciddi və uzunmüddətli xarakter daşıdığını göstərirdi.

1953-cü il dekabrın 31-də keçirilən təntənəli tədbirlər birgə müəssisələrdə payların Çin tərəfinə verilməsinə həsr olunmuşdu. Bu, Çinin neft aktivlərinin idarə edilməsində müstəqilliyinin möhkəmlənməsinə yönəlmiş etimadın və istəyin bariz göstəricisi sayılırdı. Nəticədə, artıq 1953-cü ilə qədər birgə işlənən yataqlarda neft hasilatının həcmi 1951-ci illə müqayisədə 19 dəfə artmışdı. Bu nailiyyətlərin əsas səbəblərindən biri Azərbaycan texnologiyalarının və mühəndislik həllərinin tətbiqi idi. Bu da əməkdaşlığın səmərəliliyini açıq şəkildə sübut edirdi.

“Sinhua” agentliyinin (“Kommunist” qəzeti, №2, 9727, 4 yanvar 1955-ci il) məlumatına görə, Dalyan və Urumçi şəhərlərində Çin Xalq Respublikasının (ÇXR) neft şirkətlərində payların ötürülməsini təsbit edən protokollar imzalanmışdı. Bu addım neft sektorunda milli idarəçiliyin möhkəmlənməsi və Çinin istehsal müstəqilliyinin genişlənməsi yolunda mühüm mərhələ idi.

Həmin dövrdə artıq ÇXR-in maşınqayırma nazirinin müavini vəzifəsini tutan Lu Çji-Çu çıxışında azərbaycanlı mühəndislərin və texnoloqların rolunu xüsusi vurğulayaraq, müəssisənin formalaşmasında göstərdikləri yardıma görə təşəkkürünü ifadə etmişdi. Bu müəssisə “Dalyan Dövlət Birgə Neft Emalı Zavodu” adını almışdı. Öz növbəsində, səhmdar cəmiyyətin baş direktoru Ma Çzab əldə edilmiş uğurların məhz azərbaycanlı mütəxəssislərlə sıx əməkdaşlıq sayəsində, habelə onların yüksək peşəkarlığı, məsuliyyəti və unikal texniki təcrübələrini açıq şəkildə bölüşmələri nəticəsində mümkün olduğunu qeyd etmişdi.

Çin Xalq Respublikasının sənaye naziri Çan Ke çıxışında azərbaycanlı mütəxəssislərə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirərək, Azərbaycan-Çin birgə müəssisələrinin fəaliyyətinin Çin neft sənayesinin inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğulamışdı. O, azərbaycanlı mütəxəssislərə dövlət mükafatları və xatirə nişanları təqdim etmişdi.

1953-cü ildə Çin xalqı böyük ruh yüksəkliyi ilə ilk beşillik çərçivəsində 130 iri sənaye obyektinin inşasına başlamışdı. Bu layihələrin həyata keçirilməsində azərbaycanlı mühəndislərin, geoloqların və texniklərin fəal iştirakı çinli mütəxəssislərə mühüm texnoloji dəstək oldu. Onların biliyi, təcrübə və dəstəyi sayəsində təkcə iddialı planların uğurla yerinə yetirilməsi deyil, həm də Çinin güclü sənaye-aqrar dövlətinə çevrilməsinə imkan verən möhkəm sənaye bazası quruldu.

Beləliklə, Azərbaycanın 1950–1960-cı illərdə Çin neft sənayesinin inkişafında rolu çoxşaxəli olmaqla yanaşı, strateji xarakter daşıyırdı. Azərbaycan mütəxəssislərinin, müəssisələrinin və texniki məktəbinin töhfələri vacib təcrübənin ötürülməsi, istehsal infrastrukturunun yaradılmasında fəal iştirak və etimada əsaslanan insani əlaqələrin gücləndirilməsi ilə özünü göstərmiş, iki ölkə arasında gələcək əməkdaşlığın möhkəm bünövrəsini təşkil etmişdir.

Qeyd edək ki, materialda Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinə məxsus fotoşəkillərdən istifadə edilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb

BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb