Bakı və Zaqatalada ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin və Zaqatala rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz məhv edilməsi halları aşkar olunub.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı paytaxtın Xətai rayonu, Xəqani Rüstəmov küçəsində və 8 Noyabr prospektində, Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində, Xəzər rayonu Qala-Pirallahı avtomobil yolunun kənarında və Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 135 min 560 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]