Bakıda Azərbaycan–Latviya biznes forumu keçiriləcəkdir
Bakı, 4 iyun (AZƏRTAC). İyunun 6-dan 8-dək Bakıda yaşıl iqtisadiyyat üzrə Azərbaycan-Latviya biznes forumu keçiriləcəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2009-cu ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”in tələblərinə uyğun olaraq keçiriləcək forumun işində Latviyanın ətraf mühit və regional inkişaf naziri Raymonds Veyonis və bu ölkə şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Forumda Azərbaycan və Latviya arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə ediləcək, təcrübə mübadiləsi aparılacaq, müasir texnologiyalar, görülən işlər nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]