Bakıda Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr keçiriləcək
Kiyev, 16 fevral, AZƏRTAC
Martın 5-də Bakıda Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə AZƏRTAC-a Ukraynanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Ukrayna xarici işlər nazirinin müavini Vasiliya Bodnarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar və parlamentlərarası əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, XİN-lər arasında siyasi məsləhətləşmələr sonuncu dəfə 2015-ci ildə keçirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]