Bakıda “Coaching Education Level 1” məşqçilik kursları keçiriləcək
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 24-28-də Bakıda “Coaching Education Level 1” məşqçilik kursları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının (BBF) məşqçilərin biliklərinin təkmilləşdirilməsi üzrə təhsil komitəsi məşqçilərə ən yüksək səviyyəyə qədər öyrətmə imkanları yaradır. “Level 1” məşqçi kursları Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və BBF-in dəstəyi, Milli Olimpiya Komitəsinin, Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə keçiriləcək. Kurslarda Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Qubanı təmsil edən məşqçilər də iştirak edəcəklər.
Kursların moderatoru BBF-in Qərbi Asiya üzrə inkişaf meneceri Murtuza Validarvi olacaq. Kurslarda məşqçilər nəzəri və texniki biliklərə yiyələnəcəklər. Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçiriləcək “Level 1” kurslarında iştirakçılara Milli Olimpiya Komitəsi tərəfindən sertifikat, kursları uğurla başa vuran məşqçilərə isə BBF-in “Level 1” məşqçi sertifikatları təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]