Bakıda Eqmont Qrupunun Komitə iclası keçiriləcək
Bakı, 12 may, AZƏRTAC
Mayın 13-15-də Bakıda Maliyyə Monitorinq Xidmətinin (MMX) təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən maliyyə monitorinqi qurumlarını bir araya gətirən Eqmont Qrupunun Komitə iclası keçiriləcək.
Maliyyə Monitorinq Xidmətindən (MMX) AZƏRTAC-a bildirilib ki, tədbirdə 20 yurisdiksiyadan olan maliyyə monitorinqi orqanları nümayəndələrinin iştirakı gözlənilir. Həmin nümayəndələr Eqmont Qrupunun dünya üzrə səkkiz regional qrupunu təmsil edirlər.
İclas zamanı iştirakçılar Eqmont Qrupunun hazırkı fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparacaqlar. Tədbirdə, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsi, birgə təşəbbüslərin reallaşdırılması və maliyyə monitorinqi sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi müzakirə olunacaq. Yekunda qəbul ediləcək qərar və tövsiyələrin Eqmont Qrupunun fəaliyyətinin səmərəliliyinin artırılmasına, qrupun 2022-2027-ci illər üçün strategiyasına və maliyyə monitorinqi üzrə qlobal əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]