Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi mövzusunda tədbir keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarın önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi anılıb, məzarı önünə tər güllər düzülüb.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan bənzərsiz uğurlara imza atır, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırır. “Şərqdə ilk demokratik respublika yaratmış və 32 il əvvəl öz müstəqilliyini bərpa etmiş Azərbaycanın regionun liderinə və qalib ölkəyə çevrilməsi, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması məhz Heydər Əliyev siyasəti sayəsində mümkün olub. Anadan olmasının 100-cü ildönümünü dərin ehtiramla və böyük minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərində - müstəqilliyin itirilməsi təhlükəsinin mövcud olduğu olduqca mürəkkəb şəraitdə xalqın qətiyyətli dəstəyi və öz liderlik keyfiyyətləri ilə Azərbaycanı tənəzzüldən xilas edərək sabitlik və inkişaf yoluna çıxarmış, məqsədyönlü və uzaqgörən siyasəti ilə respublikamızın gələcək inkişaf yolunu müəyyən edib”, - deyə o qeyd edib.

YAP Sədrinin müavini vurğulayıb ki, Ulu Öndərin Azərbaycanın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun gənclər siyasətinin həyata keçirilməsidir. Ulu Öndər gənclər siyasəti sahəsində önəmli qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla bugünkü - müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsini yaradıb.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Heydər Əliyev siyasətini uğurla davam etdirərək son 20 ildə Azərbaycana tarixi nailiyyətlər qazandıran, ölkəmizin iqtisadi potensialının, hərbi-strateji qüdrətinin, beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artmasına, ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına nail olan Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursunda mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması hər zaman xüsusi yer tutub.

Tahir Budaqov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi əsasında həyata keçirilən layihələr, görülən işlər də fiziki və mənəvi cəhətdən sağlam gəncliyin formalaşmasına xidmət edir. Ümummilli Liderin xalqımıza siyasi mirası olan və ümumxalq rəğbətini qazanaraq qələbələr partiyasına çevrilən Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, bu gün YAP sıralarına yeni qoşulanların mütləq əksəriyyəti məhz gənclərdən ibarətdir. Qürurlu, şərəfli və vətənpərvər Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq və rəşadət nümayiş etdirməklə tarix yazıb.

Sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, ADNSU-nun rektor əvəzi Vazeh Əskərov bildirib ki, istər sovet dövründə, istərsə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. O qeyd edib ki, Ulu Öndərin dövlətçilik fəaliyyətində təhsilə diqqət də xüsusi yer tutub.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev son 20 ildə qarşıya qoyduğu bütün strateji hədəflərə nail olub.

YAP İdarə Heyətinin üzvü bildirib ki, “Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq” deyən Prezident İlham Əliyevin xalqın dəstəyi ilə işğalçılara qarşı bütün cəbhələrdə qətiyyətli mübarizəsi real nəticəsini verdi. İkinci Qarabağ müharibəsi zamanı Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı, tarixə əbədi həkk olundu.

Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev diqqətə çatdırıb ki, müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Bu dahi şəxsiyyət ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin edib, gələcək inkişaf üçün güclü təməl yaradıb. Ümummilli Lider hər zaman gənclərə diqqət və qayğı ilə yanaşıb, gənclər siyasətinin inkişafı ilə bağlı tarixi qərarlar qəbul edib.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən nazir qeyd edib ki, ölkəmizdə gənclər siyasəti və təhsilin inkişafı ilə bağlı çoxsaylı proqram və layihələr həyata keçirilib, yeni strategiya və konsepsiyalar qəbul edilib. İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılıb.

Onun sözlərinə görə, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na dünyanın aparıcı universitetləri ilə birgə informasiya texnologiyaları, kompüter elmləri, mühəndislik, biotexnologiya, təhsil və insan kapitalının inkişafı sahələri üzrə 5 beynəlxalq ikili diplom proqramına başlanıb. Həmin proqramlar çərçivəsində ümumilikdə 1004 tələbə təhsil almaq hüququ qazanıb. Eyni zamanda, Proqram çərçivəsində 251 doktorant dünyanın aparıcı universitetlərində və elmi mərkəzlərində təhsil almaq hüququ əldə edib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşımızın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ötən 2 il ərzində 717 nəfər təqaüd almaq hüququ qazanıb. Bununla yanaşı, 2003-2023-cü illərdə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 4118 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

E.Əmrullayev deyib ki, Birinci vitse-prezident Mehriban Əliyeva, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə elm, təhsil, mədəniyyət və gənclər siyasətinin inkişafına, milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliğinə böyük töhfələr verib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında deyib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə ətraf mühit məsələləri həmişə xüsusi diqqət mərkəzində olub. Heydər Əliyevin uzaqgörən siyasəti, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən etdiyi prioritetlər bu gün həyata keçirilən mühüm tədbirlər, o cümlədən gənc mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradıb. Onun sözlərinə görə, bu gün dünyanın üzləşdiyi çağırışlar qarşısında daha dayanıqlı gələcək qurmaq üçün baş vermiş və gözlənilən dəyişmələrə uyğunlaşmaq vacibdir. İstiqamət isə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əksini tapır. Sənədə əsasən beşinci prioritet təmiz ətraf mühit və yaşıl artım ölkəsi ilə bağlıdır.

Nazir qeyd edib ki, Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf gənclər üçün yeni imkanlar açır. Gənclərin ekoloji məsələlərlə bağlı proseslərə cəlb edilməsi onların ətraf mühitin mühafizəsində növbəti nəslin liderlərinə çevrilməsi ilə nəticələnməlidir. Bildiyiniz kimi, iqlim dəyişmələri fəsadları bütün dünyada olduğu kimi, Azərbaycanda da müşahidə olunmaqdadır. Bir tərəfdən quraqlıq və su çatışmazlığı, digər tərəfdən sel-daşqınlar ölkə iqtisadiyyatına və əhaliyə təsir göstərir. Buna görə iqlim dəyişmələri ilə bağlı mənfi təsirləri yumşaltmaq, bəzi hallarda uyğunlaşma yolu ilə hətta faydalanmaq istiqamətində yeni kreativ yanaşmaların tətbiqi zamanıdır. Bu gün tərəfimizdən rəqəmsal texnoloji həllərdən və coğrafi informasiya sistemlərindən aktiv şəkildə istifadə olunur. Bütün bu texnoloji həllər gənc mütəxəssislərimiz tərəfindən hazırlanır və tətbiq edilir. Sevindirici haldır ki, bu il gənclərdən ibarət komandamız tərəfindən yenilikçi veb-texnologiyalar əsasında yaradılan “Yaşıl Gələcək” platforması uğurlu korporativ sosial məsuliyyət müstəvisinə çevrilə bilib. Ağac əkilməsi üçün ianə edib, sertifikat əldə edə biləcəyiniz bu platforma çərçivəsində tərəfdaşlıq etdiyimiz qurumlar və fərdi istifadəçilər tərəfindən artıq 50 minə yaxın ağac əkilib”.

Konfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev gənclərə daim böyük inam və etimad hissi ilə yanaşıb. Ulu Öndər istər Azərbaycana ilk rəhbərliyi, istərsə də ikinci dəfə hakimiyyəti dövründə gənclərin təhsili və inkişafı, onların potensialından səmərəli istifadə istiqamətində mühüm addımlar atıb. Ulu Öndər 1998-ci ildə çıxışlarının birində ümidvar olduğunu bildirib ki, Azərbaycan qadınları Azərbaycan Ordusunu daha da gücləndirmək və qüdrətli etmək üçün vətən yolunda həlak olmağa hazır övladlar böyüdəcəklər. Həmin gənclik Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişdi və onun komandanlığı altında işğal altında olan torpaqlarımızı azad, suverenliyimizi bərpa etdi.

Rəşad Nəbiyevin sözlərinə görə, artıq Azərbaycanda yeni mərhələ başlayıb. Bu mərhələ Böyük Qayıdış və bərpa-quruculuq dövrüdür. Bu gün quruculuq prosesi yalnız işğaldan azad olunmuş ərazilərimizdə apardığımız işləri əhatə etmir. Bizim qarşımızda həm də innovativ cəmiyyət qurmaq hədəfi var. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əksini tapıb.

Nazir deyib ki, Azərbaycanda gedən quruculuq prosesinin - istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də innovativ cəmiyyət yaradılması istiqamətində aparılan işlərin əsasında gənclər dayanır. Sürətlə dəyişən qlobal trendləri izləyərkən görürük ki, gənclərin çeviklik və uyğunlaşma bacarığının inkişaf etdirilməsi vacib amillərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında dünyanın dördüncü sənaye inqilabı dövründə yaşadığını bildirib: “Belə bir dövrdə bizim üzərimizə düşən əsas vəzifə transformasiya ərəfəsində ölkəmizin inkişafını təmin etməkdir. İnnovasiyalar və müasir texnologiyalar sahələrində Azərbaycan heç də digər ölkələrdən geri qalmır. Ulu Öndər Heydər Əliyev 1998-ci ildə - bu gün bizim istifadə etdiyimiz texnologiyaların mövcud olmadığı zaman - Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı strategiya müəyyənləşdirib. Bundan sonra imzalanan fərman və sərəncamlar da onu göstərir ki, Azərbaycanda hələ müstəqilliyinin ilk illərində, Ulu Öndərin hakimiyyəti dövründə innovasiyaların, müasir texnologiyalarının inkişafı istiqamətində ciddi, ardıcıl dövlət siyasəti həyata keçirilib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz mühüm nailiyyətlər qazanır”.

ADNSU-nun doktorantı Nuranə Abdullayeva Azərbaycan gəncliyinin qarşıya qoyulan vəzifələri yerinə yetirməyə, onlara göstərilən etimadı hər zaman doğrultmağa çalışdığını deyib. O qeyd edib ki, gənclik hər bir ölkənin gələcəyinin təməlidir.

ADNSU-nun 3-cü kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının Sədri Cavanşir Abdullayev isə çıxışında bildirib ki, gənclərin daim inkişaf etməsi və cəmiyyət həyatında öz layiqli yerini tutması məhz Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin inamla davam etdirdiyi gənclər siyasətinin nəticəsidir.

Sonra “Heydər Əliyev - 100: Mühəndislik hakatonu” intellektual yarışının qalibləri - Nəqliyyat və Logistika istiqaməti üzrə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 2”, Ekologiya və Ətraf mühit istiqaməti üzrə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 3”, İnnovasiya və Texnologiya istiqaməti üzrə “Bakı Ali Neft Məktəbi -1” komandaları mükafatlandırılıb.

Tədbir bədii hissə ilə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDU və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub