BAKIDA İKİTƏRƏFLİ DANIŞIQLAR APARILIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq dekabrın 6-dan 9-dək Bakı şəhərində ikitərəfli qərargah danışıqları aparılır.
Tədbirdə Silahlı Qüvvələrimizin nümayəndələri iştirak edirlər.