Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA “İSLAMDA DÖZÜMLÜLÜK” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, mayın 15-də AMEA Rəyasət heyətinin iclas salonunda “İslamda dözümlülük” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Qafqaz Müsəlmanları İdarəsi ilə birgə keçirdikləri konfransda Türkiyə və Azərbaycan alimləri, mütəxəssislər, din xadimləri, İslam ölkələrinin səfirləri iştirak etmişlər.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov konfransı açaraq demişdir ki, müzakirəyə çıxarılmış mövzunun dərin tarixi kökləri vardır. Sonuncu və ən gənc dünya dini olan İslamın meydana gəlməsindən 14 əsrdən artıq bir dövr keçir. Bu dövr ərzində İslamın özündən əvvəlki dinlərə münasibəti necə inkişaf etmiş, münaqişə və ixtilaflar necə həll edilmişdir? Yəqin ki, konfransda bu suallara cavab veriləcəkdir. “İslamda dözümlülük” bu gün daha aktual səslənir. Mütəxəssislər sivilizasiyaların, mədəniyyətlərin, dinlərin toqquşmasından söhbət açırlar. 2001-ci ilin 11 sentyabr hadisələri, Əfqanıstan və İraq müharibələri, İranın atom enerjisi əldə etmək sahəsindəki səyləri və Fələstindəki parlament seçkilərində Həmas təşkilatının qələbəsi ətrafında gedən söz-söhbət İslamı dözümsüzlük, ekstremizm və terrorizmə meyil göstərməkdə günahlandırmaq üçün istifadə olunur. Şübhəsiz ki, bu cür iddialara elmi baxımdan və rasionalizm mövqeyindən cavab verilməlidir.

Akademiyanın prezidenti daha sonra demişdir ki, mövzu Azərbaycan şəraitində də elmi əhəmiyyət daşıyır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Xalqımızın mənəvi dəyərlərinin əsasında İslam dayanır. Amma azərbaycanlılar həmişə özgə dinlərə də hörmətlə yanaşmağı, dözümlülük göstərməyi bacarmışlar, çünki dözümlülük İslamın ən mühüm dəyərlərindəndir. Lakin sirr deyil ki, bizim günlərdə Azərbaycanda da müəyyən radikal meyillər nəzərə çarpmaqdadır. Onlar İslam dəyərlərini təhrif olunmuş şəkildə izah etməklə həm də dini dözümsüzlük təbliğ edirlər.

Milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri Hidayət Orucov, Misir Ərəb Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirləri Yusif Əhməd İbrahim əl-Şarkavi və Əli Həsən Əhməd Cəffər təbrik sözü söyləmiş, konfrans iştirakçılarına uğur arzulamışlar. Hidayət Orucov Azərbaycanda tolerantlıq mövzusunda beynəlxalq simpozium keçirilməsini təklif etmişdir. Onun sözlərinə görə, bu, tolerant Azərbaycan cəmiyyəti haqqında beynəlxalq aləmdə geniş təsəvvür yaradardı.

Geniş iclasda Şərqşünaslıq İnstitutunun direktoru professor Gövhər Baxşəliyeva “Qloballaşma dövründə dinlərarası dialoq və dini dözümlülük” mövzusunda məruzə etmişdir. O demişdir ki, hər bir mədəniyyət başqa mədəniyyətdən öz genotipinə və inkişaf məntiqinə görə fərqlənir. Bu o deməkdir ki, vahid dünya mədəniyyətindən danışmağa dəyməz, ikincisi, böyük sivilizasiyalar özlərində birləşdirdikləri millətlərin və xalqların etnik xüsusiyyətlərini tamamilə silib aradan qaldıra bilmir: etnik xüsusiyyətləri və etnik kimliyi qoruyub saxlamaq əzmi hər bir xalqın şüurunda möhkəm yer tutmuşdur. Üçüncüsü, indi dünyanın müxtəlif yerlərində baş verənləri islam-xristian qarşıdurması kimi qələmə vermək cəhdləri yanlışdır. Bu hadisələrin arxasında, hər şeydən əvvəl, iqtisadi-siyasi maraqlar dayanır. Qloballaşma günlərində ənənəvi mədəniyyətlərin, o cümlədən İslam mədəniyyətinin də xarici mədəni təsirlərə müqaviməti güclənsə də, bu, mədəniyyətlər və dinlər arasında dialoqu istisna etmir. Lakin bu dialoqun hüdudları olmalıdır. Bu hüdudlar isə dialoqun mənəvi-əxlaqi baxımdan məqbulluq dərəcəsi ilə şərtlənir. Bu mənada dinin norma və idealları sivilizasiyalar arasında həqiqi dialoqun gerçəkləşməsi üçün daha əlverişli sayılmalıdır. Çünki dinlər, hər halda, əsas monoteist dinlər, özlərini İbrahim peyğəmbərin təkallahlılıq təlimi ilə bağlamaqla bir-biri arasında, deməli, sivilizasiyalar arasında da körpü salırlar. Digər tərəfdən, dinlər sivilizasiyalararası dialoq yolunda əsas maneə sayılan etnik separatizm meyillərini öz içərisində əridib yox etməyə çalışır.

Məruzəçi təəssüflə vurğulamışdır ki, son illər Qərb ictimai fikrində İslam haqqında dialoqa hazır olmayan, dözümsüzlük nümayiş etdirən, qəddarlığa çağıran bir din kimi təsəvvür yaradılmışdır. Lakin İslam mənbələrinə - Qurana və hədislərə ani bir nəzər salmaq belə, bu dinin həqiqətən dialoq dini olduğunu görməyə imkan verir. Əsrlər boyu İslam mütəfəkkirləri həmin mənbələrə istinadən bu dinin təklif etdiyi dialoqun əsaslarını işləyib hazırlamışlar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, tarix elmləri doktoru, professor, şeyxülislam hacı Allahşükür Paşazadə konfrans iştirakçılarının diqqətini ölkəmizin dünyada tolerantlıq nümunəsi olmasına cəlb etmişdir. O demişdir ki, Azərbaycan müxtəlif dinlərin daşıyıcıları arasında dözümlülük münasibətləri ilə bağlı zəngin təcrübəyə malikdir. Dini dözümlülük, tolertantlıq mədəniyyət deməkdir, yüksək tolerantlıq isə yüksək mədəniyyətdən irəli gəlir. Ümummilli liderimiz Heydər Əliyevin dinə, dini dəyərlərə münasibətdəki müdrik siyasəti və din xadimlərinin səyləri sayəsində ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlar və dünyanın tanınmış din xadimləri tərəfindən sülhpərvər, tolerant, dialoqa hazır ölkə kimi qəbul edilir və bu sahədə qazandığımız təcrübə bəyənilir. Azərbaycanda tolerantlığın dərin, qədim tarixi-mədəni kökləri, ənənələri mövcuddur. Bu isə İslamdan qaynaqlanır. VII əsrin ortalarında İslam bu ölkədə yayılmağa başlamış, ictimai şüurda hakim yer tutmuşdur. Lakin özündən əvvəlki dinlərə nəinki qadağa qoymamış, əksinə, ayrı-ayrı dinlərə etiqad edən insanların vicdan azadlığının, öz məbədlərində dini ayin və mərasimləri sərbəst icra etmək haqqının toxunulmaz olduğunu elan etmişdir. Nəticədə İslam dünyasına qovuşan Azərbaycanda yəhudilər və xristianlar da öz dini etiqadlarını qoruyub saxlaya bilmişlər. Bütün bunlar ölkədə güclü tolerantlıq ənənələrinin təşəkkül tapmasına və ictimai şüurda bərqərar olmasına gətirib çıxarmışdır. Tarixən dözümlülük ənənələrinə malik olan müstəqil Azərbaycan demokratik prinsiplərə söykənərək öz ərazisində yaşayan bütün xalqlara dilindən, dinindən, milliyyətindən asılı olmayaraq eyni azadlıqlar, o cümlədən vicdan azadlığı verir. Azərbaycanda müxtəlif din xadimlərinin əməkdaşlığı da milyonlarla insan, bütün dünya üçün ən gözəl nümunə, örnəkdir.

Şeyxülislam vurğulamışdır ki, ölkəmizdə tolerantlıq sahəsində əldə etdiyimiz nailiyyətlər böyük sərvətdir və onu göz bəbəyi kimi qorumalı, inkişaf etdirməliyik, çünki bu yolun alternativi yoxdur.

AMEA-nın müxbir üzvü, professor Vasim Məmmədəliyevin “İslam sülh, əmin-amanlıq və dözümlülük dinidir”, Türkiyədən gəlmiş islamşünas alim Cəlal Erbayın “İslam və dözümlülük”, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Salman Musayevin “İslamda dözümlülük müxtəlif əqidələrin dinc yanaşı yaşama üsulu kimi” məruzələri də maraqla dinlənilmişdir.

Elmi konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur?

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNƏCƏK VİDEO

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb  YENİLƏNİB  VİDEO

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB VİDEO

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın