Bakıda İsveçrənin milli bayramı qeyd edilib



Bakı, 27 iyun, AZƏRTAC
İsveçrənin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Konfederasiyasının yaranması günü münasibətilə iyunun 27-də rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və İsveçrənin dövlət himnləri səsləndirilib.
İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder qəbulda çıxış edərək ölkəsinin müstəqilliyinin tarixindən danışıb. O, bu il Azərbaycanın müstəqilliyinin 100 illiyini qeyd etdiyini bildirib və bu münasibətlə xaldımızı təbrik edib. Səfir ikitərəfli münasibətlərdən danışaraq qeyd edib ki, hər iki ölkənin prezidentlərinin görüşü əlaqələrimizin inkişafına töhfə verir.
Xarici işlər nazirinin müavini Ramiz Həsənov tədbirdə çıxış edərək əlamətdar bayram münasibətilə İsveçrə xalqını Azərbaycan hökuməti adından təbrik edib. O, ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini bildirib, bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [20:07]
Azərbaycan nümayəndə heyəti Kubada bir sıra görüşlər keçirib
- 23.05.2025 [19:57]
Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb
- 23.05.2025 [19:00]
Milli Məclisin plenar iclasında daha 13 məsələ müzakirə olunub YENİLƏNİB
- 23.05.2025 [18:52]