Bakıda keçiriləcək güləş üzrə dünya kuboku yarışının medalları hazırlanıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə dünya kuboku yarışı keçiriləcək. Bakı İdman Sarayında təşkil olunacaq yarış üçün sifariş edilmiş medallar hazırdır.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qızıl, gümüş və bürünc medalların ön tərəfində yarışın loqosu, loqonun fonunda Bakının rəmzlərindən sayılan Qız qalası əks olunub. Medalın digər üzündə isə Dünya Güləş Birliyinin (UWW) loqosu öz əksini tapıb. Medalların yaşıl rəngli lenti də dünya kubokuna özəl olaraq işlənilib.
Xatırladaq ki, dünya kuboku yarışında altı komanda A (Türkiyə, İran, Qırğızıstan) və B (Azərbaycan, Serbiya, Dünya yığması) qrupunda yer alıb. Qrupların ikinciləri bürünc medal uğrunda mübarizə aparacaqlar. Qrupların qalibləri isə finalda kubok və qızıl medal uğrunda güləşəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]