BAKIDA KEÇİRİLƏCƏK KONFRANSIN İŞTİRAKÇILARI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, Bakıda keçiriləcək “Avratlantik məkanda enerji təhlükəsizliyi” mövzusunda I illik konfransın iştirakçıları aprelin 16-da Gənclər və İdman Nazirliyində olmuşlar. Nazir müavini İntiqam Babayev qonaqlara Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışmış, gənclərin ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını bildirmişdir. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin Gənclər ili elan olunması gənclərə göstərilən yüksək diqqət və qayğının təzahürüdür. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışmış, ölkədə gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsinə xüsusi diqqət verildiyini vurğulamışdır.
Qonaqlar Azərbaycanda gənclər siyasəti sahəsində həyata keçirilən layihələri maraqla qarşılamış, habelə digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]