Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib



















Bakı, 20 iyun, AZƏRTAC
Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək idmançıların rəsmi çəkiölçmə mərasimi baş tutub.
AZƏRTAC xəbər verir ki, mərasim təxminən 1 saat davam edib. Yarışqabağı media önündə döyüşcülərin çəkilərinə baxılıb.
Turnir iyunun 21-də Kristal Zalda gerçəkləşəcək. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.
Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.