Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarının Zəngilana səfəri başlayıb
Zəngilan, 23 may, Səlim Rəhimzadə, AZƏRTAC
Milli Məclisin və ATƏT Parlament Assambleyasının (PA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransın iştirakçıları mayın 23-də Zəngilan rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar işğal dövründə ermənilər tərəfindən törədilmiş dağıntıları və vandalizm aktlarının izlərini öz gözləri ilə görəcək, Zəngilan şəhərində həyata keçirilən yenidənqurma işləri, həmçinin "Ağıllı kənd” Konsepsiyası əsasında yenidən salınan Ağalı kəndi, dəmir yolu infrastrukturu və "Azərişıq” ASC-nin “yaşıl enerji” obyektləri ilə tanış olacaqlar.