Bakıda kursantlar arasında beynəlxalq idman yarışları davam edir
Bakı, 19 aprel, AZƏRTAC
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında keçirilən beynəlxalq idman yarışları davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursantlar 57, 70, 84 və 96 kiloqram çəki dərəcələrində sərbəst güləş üzrə mübarizəyə qoşulublar.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları daha çox fəallıq göstərərək bütün çəki dərəcələrində rəqiblərini məğlub ediblər.