Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Maliyyə və Texnologiyalar Sammiti keçirilir VİDEO

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Bakıda "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində ikigünlük "Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti" işə başlayıb.

Sammitin media tərəfdaşı AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkədə informasiya texnologiyaları sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, son dövrlər informasiya texnologiyaları sektorunda yeni inkişaf trendləri meydana gəlib. Dünyada blokçeyn qlobal fenomenə çevrilib. Nazirlik Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı bütün təşəbbüsləri dəstəkləyir: “Blokçeyn texnologiyalarının ölkədə tətbiq edilməsi imkanları geniş araşdırılmalıdır. Hazırda bununla bağlı nazirliyin dəstəyi ilə bir sıra tədbirlər həyata keçirilir. Nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ layihələrə dəstək verməkdir. Ölkədə startapların inkişaf etdirilməsi üçün müxtəlif layihələr, təlimlər təşkil olunur”.

Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev diqqətə çatdırıb ki, müasir dövrdə texnologiyaların inkişafı iqtisadiyyatın bütün sahələrində olduğu kimi maliyyə sektoruna öz təsirini göstərir. Dəyər zənciri daha da mürəkkəbləşir, sektora yeni iştirakçılar daxil olur, nəticədə bank olmayan provayderlərin iştirakı sürətlə artır. Maliyyə texnologiyaları üzrə innovativ həllərin tətbiqinin genişlənməsi dünya miqyasında fintexlərə olan marağı durmadan artırmaqdadır. Qlobal səviyyədə bu gün maliyyə təşkilatlarının 80 faizi fintexlərlə əməkdaşlıq edir. Əgər 2011-ci ildə dünyada fintexlərə investisiyaların həcmi 1,8 milyard dollar idisə, ötən ilin sonuna bu göstərici 30,8 milyard dollara çatıb. Gələcəkdə fintexlərin effektivliyi və səmərəlilik göstəricisi artdıqca investisiyalar da artacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) idarə heyəti sədrinin vəzifəsini icra edən İbrahim Alışov qeyd edib ki, cari ilin ilk rübündə banklar 120 milyon manatadək kapital inyeksiyası həyata keçirib. Palatanın fəaliyyəti dövründə bank sektorunda 1,8 milyard manatdan çox kapital inyeksiyası reallaşdırılıb. Bu, bank sektorunun dayanıqlılığının təcəssümüdür. Ölkəmizdə həyata keçirilən dayanıqlı iqtisadi inkişaf, iqtisadi göstəricilərin müşahidə olunan artım tempi, maliyyə bazarları infrastrukturunun sabit fəaliyyəti informasiya texnologiyaları sahəsində, yəni çağırışların bank sisteminə də transformasiyasının sürətləndirilməsinə əlverişli imkan yaradır: "Cari ilin birinci rübündə ölkə üzrə ÜDM-in artımı 3 faiz, qeyri-neft ÜDM-də isə 1,7 faiz artım olub. Üç ayda qeyri-neft məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz artıb. Orta illik inflyasiya bu ilin birinci rübündə 2,1 faiz olub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 4 faizin üzərindədir", - deyə İ.Alışov diqqətə çatdırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi" və "2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" uğurla icra edilir. Problemli kreditlərin həlli, əmanətlərin tam sığortalanması və bankların kapitallaşma səviyyəsinin artırılması istiqamətində işlər görülüb. Bankların fəaliyyəti üzərində nəzarətin təkmilləşdirilməsi və kreditorların hüquqlarını müdafiə mexanizminin təkmilləşdirilməsi üzrə fəaliyyətlər həyata keçirilib: “Aktiv pul bazarının formalaşdırılması məqsədilə beynəlxalq təcrübə araşdırılıb mövcud marketmeykerlərin daha da inkişaf etdirilməsi imkanları qiymətləndirilib. Eyni zamanda, “Bloomberg” ticarət sistemində banklararası pul bazarı əməliyyatlarının aparılması və onlayn rejimdə Mərkəzi Bank tərəfindən bu əməliyyatlarla bağlı məlumatların əldə edilməsi imkanını yaradan "E-Bond" platforması bankların istismarına verilib. Qiymətli kağızlar bazarının dərinləşdirilməsi, paylanılmış reyestr texnologiyalarının tətbiqi, ani ödənişlər sistemi, vençur fəaliyyəti, ödəniş xidmətləri və ödəniş sistemləri istiqamətində təkliflər hazırlanıb. Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə vergi mexanizmi qurulub, rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması məqsədilə fəaliyyətlər həyata keçirilib.

Ölkəmizin maliyyə imkanlarına görə regionun ən vacib ölkəsi olduğunu deyən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev isə qeyd edib ki, Azərbaycan regionun bank və maliyyə mərkəzi funksiyalarını artıq öz üzərinə götürüb: “Məhz buna görə də, qabaqcıl texnologiyaların tətbiqinin inkişaf etdirilməsi mühüm məsələdir. Maliyyə və Texnologiyalar Sammitinin növbəti dövrlərdə də illik olaraq keçirilməsi planlaşdırılır. Qarşıdakı dövrdə əsas hədəfimiz bu platformaların inkişaf etdirilməsidir. Azərbaycanda fiziki şəxslərin problemli kreditlərin həllinə dair əlavə tədbirlərlə bağlı Fərman bank və maliyyə sektorunun yeni, dayanıqlı inkişaf mərhələsinə keçməsinə imkan yaradıb. Hazırkı mərhələdə bankların iqtisadiyyatının real sektorunun effektiv kreditləşmələri imkanın genişləndirilməsinə şərait yaradılıb. Bu istiqamətdə görülən əməli işlərin bundan sonra da davam etdirilməsi qarşıda duran ən prioritet məsələlərdən biridir”.

Tədbir çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyası arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, AMB-nin sədrinin birinci müavini Alim Quliyev, MBNP-in idarə heyəti sədrinin vəzifəsini icra edən İbrahim Alışov, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və ABA-nın prezidenti Zakir Nuriyev imzalayıblar.

Sammit panel iclaslarla işini davam etdirib. İclaslarda rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzular müzakirə olunub. Sammit işini mayın 17-də davam etdirəcək.

Bakıda Maliyyə və Texnologiyalar Sammiti keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur