Bakıda “Məktəblərdə futbol” mövzusunda UEFA-nın seminarı başlayıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın seminarı başlayıb. AZƏRTAC xəbər verir ki, “Məktəblərdə futbol” (Football in Schools) mövzusunda keçirilən seminarda AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edirlər.
UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşüblər.
Seminar noyabrın 1-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]