BAKIDA RADİOAKTİV MADDƏLƏRİN AXTARIŞINA DAİR SEMİNAR KEÇİRİLİR
ABŞ Energetika Nazirliyi, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) mütəxəssislərinin keçirdiyi seminarın işində Radiasiya Problemləri İnstitutunun, “İZOTOP” Radioaktiv Tullantılar Müəssisəsinin, Səhiyyə Nazirliyinin, Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin əməkdaşları iştirak edirlər.
Oktyabrın 15-dək davam edəcək seminarın iştirakçıları radioaktiv maddələrin axtarışı üzrə ən müasir avadanlıqlarla tanış olacaqlar.
İnstituta 100 min ABŞ dolları dəyərində müxtəlif monitorinq avadanlığı gətirilmişdir. Müvafiq strukturların əməkdaşları bu avadanlığın köməyi ilə xüsusi seçilən poliqonlarda axtarış metodikasını öyrənəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]