BAKIDA RUSİYA MİLLİ SƏRGİSİ AÇILACAQ
Ümumrusiya Sərgi Mərkəzi baş direktorunun müavini Nikolay Buqayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, sərginin ekspozisiyası Rusiya iqtisadiyyatının geniş sahəsini – neft maşınqayırmasını, tikinti materialları və tibb avadanlığı istehsalı sahələrini, elmtutumlu sahələri və sairi əhatə edəcəkdir.
Onun fikrincə, sərginin ən maraqlı bölmələrindən biri RF-nin öncül proqramlarından və sərmayə cazibədarlığından söhbət açan “Rusiyanın sərmayə layihələri” ekspozisiyası olacaqdır. Sərginin başlıca xüsusiyyəti Rusiya müəssisələrinin texnoloji uğurları və məhsullarının bilavasitə Azərbaycan bazarına istiqamətləndiyini nümayiş etdirməkdir. Bu isə, öz növbəsində, Rusiya biznesmenlərinin Azərbaycanla daha geniş əməkdaşlığa böyük maraq göstərdiyinə dəlalət edir.
Qeyd edək ki, Rusiya nümayəndə heyətinə neftçilər, bankirlər, energetiklər daxildirlər. Onlar sərginin proqramı çərçivəsində inteqrasiya proseslərinə həsr olunmuş dəyirmi masalar keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]