Bakıda “Sağlamlığımızı, doğmalarımızı, dünyamızı qoruyaq” mövzusunda seminar keçirilmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) “Sağlamlığımızı, doğmalarımızı, dünyamızı qoruyaq” mövzusunda seminar keçirilmişdir.
ASK-dan AZƏRTAC-a bildirmişlər ki, “Səma və Eko” Elmi-Praktik İctimai Birliyi tərəfindən təşkil edilən seminar təhsil, səhiyyə və digər sahələrdə çalışan insanları maarifləndirmə, qlobal problemlərin həllində onların ictimai fəallığını artırmaq məqsədi daşımışdır.
Tədbirdə mövzu ilə bağlı təqdimatlar olmuş, bəşəriyyəti narahat edən başlıca problemlərin (yoxsulluq, iqlim dəyişikliyi və s.) həll edilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, əgər ictimaiyyət vaxtında bu problemlərin qarşısının alınmasında maraqlı olsa, gələcəkdə ekologiya ilə bağlı fəsadlardan bir qədər uzaq olmaq mümkündür.
Seminarda Pedaqoqların, ekoloqların, tələbələrin və sahibkarların iştirak etdikləri tədbirdə bu mövzuda müzakirələrin vaxtaşırı aparılmasının vacibliyi diqqətə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]