BAKIDA SUMO ÜZRƏ BEYNƏLXALQ TURNİR KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, martın 9-da Bakı İdman Sarayında sumo üzrə “Bakı Open - 2008” beynəlxalq turniri başlanmışdır.
Yeddi ölkədən- Azərbaycan, Gurcüstan, Türkmənistan, Qazaxıstan, Rusiya, Şri-Lanka və Ukraynadan 100-dən artıq idmançısının mübarizə aparacağı turnirin təntənəli açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman Nazirliyi idman sektorunun rəisi Mirkamil Rəhimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və başqaları Azərbaycanda həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərinin inkişafından danışmışlar. Qeyd etmişlər ki, orta əsrlərdə Yaponiyada yaranmış bu idman növü ölkəmizdə yeni vüsət almağa başlayır. İlk dəfə keçirilən bu turnirin Azərbaycanda sumo məktəbinin inkişafına təkan verəcəyi, Azəbaycanın son illər beynəlxalq yarışların mərkəzinə çevrildiyi xüsusi vurğulanmışdır.
Rəsmi açılış mərasimindən sonra yarışlara start verilmişdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]

