Bakıda TDT-nin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının iclası keçiriləcək
Şuşa, 30 iyun, AZƏRTAC
Bu gün Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirildi. Cari ilin sentyabr ayında isə Bakıda TDT-nin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının növbəti iclası baş tutacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə müsahibəsində TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
“Bu iki tədbir böyük əhəmiyyət kəsb edir. Qeyd etməliyəm ki, TDT-nin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının iclası hər il keçirilir. Həmin şura çərçivəsində müxtəlif məsələlər üzrə işçi qrupları fəaliyyət göstərir, o cümlədən terrorizm və ekstrimizmə qarşı mübarizə üzrə işçi qrupu mövcuddur”, - deyə o əlavə edib.
Müxbir – Tahir Ağaməmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:07]
Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar
- 07.10.2026 [18:01]
Sabah Masallının 5 kəndində qaz olmayacaq
- 07.10.2026 [17:36]
Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:38]
Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO
- 07.10.2026 [15:30]