Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda TDT ölkələrinin ailə siyasətləri müzakirə olunub

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” mövzusunda yan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin nümayəndə heyətlərinin, ekspertlərin iştirak etdiyi tədbirdə əvvəlcə ailə dəyərlərinin vacibliyinə həsr olunan videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Türk dünyasının ortaq dəyərlərindən biri olan ailənin yalnız toplumların təməli deyil, eyni zamanda, millətlərin gələcəyi olduğunu deyib. Onun sözlərinə görə, ailə hər bir fərdin mənəvi dayağı, mənsub olduğu cəmiyyətlə bağlarını gücləndirən əsas sütundur. Onu qorumaq və gələcək nəsillərə ötürmək hər kəsin mənəvi borcudur.

Nazir qeyd edib ki, 2025-ci ilin Türkiyədə “Ailə ili” elan olunması bu sahədə Türkiyənin məsuliyyətini və ailəyə verilən əhəmiyyəti bir daha göstərir.

“Bu gün burada, qardaş Azərbaycan torpağında təşkil olunan və artıq ikinci dəfə keçirilən bu mühüm iclasda müzakirə ediləcək məsələlər ortaq problemlərimizin həllində bizlər üçün bir istiqamət olacaq. Evlilik yaşının getdikcə yüksəlməsi, boşanma hallarının sayının artması təkcə sosial sahəyə deyil, iqtisadi və mənəvi sahələrə də ciddi təsir göstərir. Bu problemlər ailə dəyərlərinin aşınmasına, evlilik və valideynlik kimi anlayışların dəyərdən düşməsinə gətirib çıxarır”, - deyə nazir vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, Türkiyə çox böyük tarixi olan bir dövlətdir. Orada ailələrlə bağlı görülən işlərin miqyası böyükdür. Bundan əlavə, milyonlarla ailənin problemini həll etmək və bunları da dünyaya örnək göstərmək çətin və vacib işdir. Biz Türk dünyasında ailəni, sadəcə, sosial institut kimi deyil, milli kimliyimizin təməli, sabitliyin, təhlükəsizliyin amili kimi qiymətləndiririk. İstənilən ölkənin siyasətində bu istiqamət ayrıca yer tutur. Zaman sürətlə dəyişir, ailələr sosial media, urbanizasiya, miqrasiya problemləri ilə qarşılaşırlar. Dövlətlər bu problemləri gözardı edə bilməz. Çünki ailə dəyərlərini qorumaq, sadəcə, mədəni deyil, həm də strateji məsələdir.

Komitə sədri qeyd edib ki, bütün bu məsələləri həll etmək, ortaq müqavimət formalaşdırmaq üçün Türk Dövlətləri Təşkilatı (TDT) çox güclü platformadır. “Biz qısa müddət ərzində TDT-nin necə sürətlə böyüdüyünün şahidiyik. Ailə siyasəti üzrə ortaq layihələrin reallaşmasına ciddi yanaşırıq. Bu məsələdə ortaq koordinasiya mərkəzinin yaradılması vacibdir. Ailələrlə bağlı layihələrin icrasını vacib hesab edirik. Biz ailələrlə bağlı tədqiqat layihələri həyata keçirməliyik. Türk dünyasında ailələrin hansı problemlərlə qarşılaşdığına dair ortaq baza yaratmalıyıq”, - deyə B.Muradova əlavə edib.

Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlunun sözlərinə görə, texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə ailənin təməlinin zəiflədiyinin şahidi oluruq. Sosial təcrid, ailədaxili münasibətlərin səthiləşməsi və fərdiləşmənin artması ailə institutuna birbaşa təsir göstərir. Şimali Kipr Türk Cümhuriyyətində bu təsirlərin qarşısını almaq üçün ailəyə yönəlik sosial dəstək proqramları həyata keçirilir.

O qeyd edib ki, xüsusilə ailə dəyərlərinə zidd düşüncələrin yayılmasının qarşısını almaq vacibdir. Ailənin mahiyyətini zəiflədən bu cür meyillərlə mübarizə aparmaq üçün həm maarifləndirmə, həm də qanunvericilik tədbirləri həyata keçirilir. Rəqəmsallaşmanın gətirdiyi mənfi təsirləri azaltmaq, ailə münasibətlərini texnologiyanın təsirindən qorumaq üçün spesifik strategiya hazırlanır.

Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyinin gender siyasəti və zorakılıqdan müdafiə qərarlarının hazırlanması şöbəsinin baş mütəxəssisi Jarkınay Əmrakulova bildirib ki, Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası qardaş türk dövlətləri arasında təcrübə mübadiləsi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün mühüm platformadır.

O qeyd edib ki, əhalinin həssas təbəqələrinin sosial müdafiəsi və onlara dəstək təkcə dövlət siyasəti deyil, həm də milli birliyin və insan kapitalının davamlı inkişafının əsasını təşkil edir.

“Qırğız Respublikası sosial siyasət sahəsində, xüsusən də ailəyə dəstək, sosial inteqrasiya, uşaqların, yaşlı insanların və əlillərin qorunması kimi aktual sahələrdə birgə səylərə xüsusi əhəmiyyət verir. Əminəm ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətimiz insanyönümlü səmərəli sosial təşəbbüslərin işlənib hazırlanmasına və həyata keçirilməsinə yeni təkan verəcək”, - deyə qırğızıstanlı nümayəndə əlavə edib.

O, əməkdaşlıq üçün əlverişli mühitin yaradılmasına görə Azərbaycana minnətdarlığını bildirib.

Qırğızıstanın əmək, sosial müdafiə və miqrasiya nazirinin müavini Janakova Kyial Bairyşev Qırğızıstanda ailənin rifahının və dayanıqlığının dövlət siyasətinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Qırğızıstan sosial müdafiə sistemini ailələri dəstəkləməyə yönəlik daha çevik və əhatəli şəkildə inkişaf etdirir. Xüsusilə gənc ailələrin sosial-iqtisadi sabitliyini təmin etmək və uşaq rifahını artırmaq əsas hədəflərdəndir.

“Texnologiya və cəmiyyətin dəyişən dinamikası ailə münasibətlərində yeni çağırışlar yaradır. Bu səbəbdən biz həmin çağırışlara uyğun sosial və psixoloji dəstək mexanizmləri qurmağa çalışırıq. Bu gün iclasda paylaşdığımız təcrübə və fikir mübadilələri ortaq gələcəyimiz üçün çox dəyərlidir. İnanıram ki, bu əməkdaşlıq ailə institutunun qorunmasına böyük töhfə verəcək”, - deyə nazir müavini əlavə edib.

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclik və Ailə İşləri Komitəsinin sədri Kayrat Kambatov mütəxəssislər tərəfindən gənc ailələrə dəstək tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Qazaxıstanda bu sahədə ciddi addımlar atılır və yeni proqramların həyata keçirilməsi planlaşdırılır.

“Qazaxıstanda həyata keçirilən yeni layihələr səbəbindən ötən il boşanmaq istəyi ilə məhkəməyə müraciət edən bir çox gənc ailə bu fikrindən daşınıb. Növbəti mərhələdə dünya ölkələrinin ən gözəl ailə dəyərlərinin təbliği üzrə portalın yaradılması nəzərdə tutulur. Bizim bütün regionlarımızda ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlər ailələrin sosial problemlərinin həlli ilə məşğul olur. Hazırda Qazaxıstanda bütün sosial xidmətlərin avtomatlaşdırılması üzrə işlər həyata keçirilir”, - deyə Kayrat Kambatov əlavə edib.

Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Taçjanov vurğulayıb ki, iclas cəmiyyətin inkişafı üçün mühüm mövzulara təsir edir. Çünki türkdilli ölkələr kontekstində ailə dəyərləri, böyüklərə hörmət xüsusi yer tutur. Ailənin rolunu anlamaq, gücləndirmək böyük əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, Türkmənistanda ailənin əsas rolu və bu dəyərlərin əhəmiyyəti dərk edilsə də, bütün ölkələr kimi, evlilik yaşının artması, milli dəyərlərdə dəyişikliklər kimi problemlərlə qarşılaşmaq mümkündür. “Bu məsələlərin həlli üçün ailə dəyərləri dəstəklənir, ailə zorakılığına qarşı mübarizə güclənir, rəqəmsal dəstək tədbirləri həyata keçirilir, dövlət hüquqi və metodiki baza təmin edir”, - deyə türkmənistanlı nazir müavini əlavə edib.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman bu günədək Türk Dövlətləri Təşkilatı (TDT) olaraq bir çox sahədə ortaq fəaliyyətlərin həyata keçirildiyinə diqqət çəkib: “Bizim gənclər və ailələrlə bağlı fəaliyyətimiz yox idi. Gec də olsa, bu işləri həyata keçirməyə başladıq. Türk dünyasında gənclərin və ailələrin problemlərinin həlli ilə bağlı gələcək planlarımız olacaq. TDT-nin digər təşkilatlardan fərqi odur ki, bu təşkilatda ortaq proqramlar və layihələr həyata keçirilir. Bu yolla da Türk dünyasına xidmət göstərilir. Bizim bir çox sahələrdə ortaq layihələrimiz var”.

TDT olaraq gənclər üçün innovasiya sahəsində proqramların həyata keçirildiyini xatırladan Baş katibin müavini deyib: “İndi isə qadınların problemlərinin həlli ilə bağlı layihələr həyata keçirməyin zamanıdır. Türk dünyasında 170 milyon nəfərə yaxın əhali yaşayır, onların 40 faizini gənclər təşkil edir. Bu gün bir çox ailələr təhdidlərlə üz-üzədir. Bu baxımdan mənəvi keçmişdən gələn ailə dəyərlərimizi qorumaq önəmlidir. Türk Dövlətləri Təşkilatında ailə siyasətlərinin uyğunlaşdırılması üçün ortaq strategiyaların həyata keçirilməsini davam etdirəcəyik”.

Tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür