Bakıda tələbələr arasında beynəlxalq basketbol turniri təşkil olunacaq
Bakı, 10 may, AZƏRTAC
Mayın 11-15-də Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələr arasında beynəlxalq basketbol turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, beynəlxalq turnirdə xarici tələbələrlə yanaşı, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri də iştirak edəcəklər.
Turnirin oyunları hər birində dörd komanda olmaqla iki qrup üzrə keçiriləcək. Qruplarda ilk iki yeri tutmuş komandalar yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, beynəlxalq basketbol turnirinin oyunları "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]