MƏDƏNİYYƏT
Bakıda “Türkiyə – Sultanlıqdan Cümhuriyyətə” adlı kitab nəşr olunub
Bakı, 28 dekabr, AZƏRATC
Azərbaycan Dövlət Tərcümə Mərkəzi Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə nəfis tərtibatlı “Türkiyə - Sultanlıqdan Cümhuriyyətə” kitabını nəşr edib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabda qardaş ölkənin zəfər dolu şanlı tarixi “Osmanlı dövlətinin yaranması”, “Osmanlı dövlətinin ideoloji baniləri”, “Osmanlı dövlətinin sultanları”, “Türkiyə Cümhuriyyətinin yaranması”, “Türkiyə Cümhuriyyətinin Prezidentləri” adlı fəsillərlə, Osmanlı və Cümhuriyyət dönəmlərində ölkəyə rəhbərlik etmiş tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti, eyni zamanda qədim türk sultanlarının bədii-fəlsəfi əsərlərindən nümunələr, kəlam və çıxışları yer alıb.
Nəşrin layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, tərtibçiləri Sənan Nağı, Nəriman Əbdülrəhmanlı, redaktoru isə Bəhlul Abbasovdur.