BAKIDA VƏ ƏTRAF QƏSƏBƏLƏRDƏ SU TƏCHİZATI YAXŞILAŞIR
Bakının M.Muxtarov və B.Bağırova küçələrindən keçən 600 millimetrlik kanalizasiya kollektorunun tikintisi başa catmış, M.Füzuli, A.Əliyev və Ş.Qurbanov küçələrindən keçən 1300 millimetr diametrli tunel və 600 millimetrlik açıqtipli kanalizasiya kollektorunun çəkilişi davam etdirilir. F.x.Xoyski küçəsindən T.Əliyev küçəsinə qədər 800 millimetrlik kanalizasiya kollektorunun 191 metrlik hissəsi, Saray kəndi ilə Bakı-Sumqayıt yolunun arasında tikilmiş fərdi yaşayış evlərinin kanalizasiya sistemini qurmaq məqsədi ilə 3 kilometr uzunluğunda kollektor inşa olunmuşdur.
Ətraf qəsəbələrdə də bu sahədə xeyli iş görülmüşdür. Binəqədi qəsəbəsində 4 nömrəli nasos stansiyasının 900 metr uzunluğunda yüksəkgərginlikli yeraltı kabel xətti hava xətti ilə əvəz olunmuş, Ceyranbatan-Maştağa magistral su kəməri istismara yararsız hala düşmüş, diametri 1200 millimetr olan 1200 metrlik hissəsi dəyişdirilmiş, Hövsan qəsəbəsində su təchizatını yaxşılaşdırmaq məqsədi ilə diametri 200 millimetr olan 1500 metr uzunluğunda əlavə su xətti çəkilmiş, mövcud nasos stansiyasında yenidənqurma işləri aparılmış, əlavə aqreqatlar quraşdırılmış və yeni nasos stansiyası tikilmişdir.
Sabunçu və Suraxanı rayonlarının su təchizatının yaxşılaşdırılması məqsədi ilə BülBülə nasos stansiyasında yenidənqurma işləri aparılmış, yeni aqreqatlar istifadəyə verilmişdir.
Bilgəh və Buzovna qəsəbələrində yeni təmizləyici qurğuların tikintisi davam etdirilir. Səngəçal və Ümid qəsəbələrində isə kanalizasiya şəbəkəsi və iki kanalizasiya nasos stansiyasının inşası başa çatmaq üzrədir.