BAKIDA “VƏTƏNDAŞ CƏMİYYƏTLƏRİNİN FORMALAŞMASINDA MƏHKƏMƏLƏRİN ROLU” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLƏCƏKDİR
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə vətəndaş cəmiyyətinin qurulması, inkişafı və sabitliyində məhkəmələrin rolu haqqında geniş müzakirələr aparılacaqdır.
Dəyirmi masada Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, bu məhkəmənin hakimləri və aparatının əməkdaşları, Ali, Apellyasiya, İqtisad məhkəmələrinin hakimləri, Ədliyyə Nazirliyinin məsul işçiləri, rayon məhkəmələrinin sədrləri, hakimləri iştirak edəcəklər.
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətini tədbirdə “Azərbaycan məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin rəhbəri Tomas German, “Keçid dövründə olan ölkələrdə hüquq islahatları” layihəsinin rəhbəri, Bremen Universitetinin professoru Rolf Knieper, Baden-Vürtenberq Torpağının Konstitusiya Məhkəməsinin və Ştutqart Ali Torpaq Məhkəməsinin sədri Eberhard Ştilz təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]