Bakıdakı 252 nömrəli məktəb-liseydə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Bakıdakı Tahir Hacıyev adına 252 nömrəli məktəb-liseydə Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Məktəbin direktoru Abbasqulu Quliyev şagirdlərə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumat vermişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni cəlladlarının törətdikləri qanlı hadisələrdən bəhs edən natiq diqqətə çatdırmışdır ki, bu faciə zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir. Şəhər tamamilə yandırılaraq yerlə-yeksan edilmişdir.
Xocalı faciəsinin canlı şahidləri şair Ənvər Əhməd və yazıçı-publisist Nüşabə Məmmədli doğma yurdları ilə bağlı xatirələrini ürək yanğısı ilə söyləmişlər.
Digər çıxış edənlər də erməni millətçilərinin əsrlər boyu Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətlərdən, xalqımızın başına gətirdikləri müsibətlərdən danışmışlar.
Tədbirdə faciəni əks etdirən videoçarx nümayiş olunmuş, ədəbi-bədii kompozisiya səsləndirilmişdir.
Qeyd edək ki, məktəb-liseydə ildönümünə həsr olunmuş “açıq dərs” də təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]