Bakıdakı Rus Evində "Nə? Harada? Nə zaman?" oyunu keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 9-da Bakıdakı Rus Evində (RİMM) Azərbaycan Milli-Mədəni Muxtariyyəti nəzdində Sankt-Peterburq və Leninqrad vilayətinin Azərbaycanlı Gəncləri İttifaqının təşkilatçılığı, Azərbaycanın Rus Gəncləri Assosiasiyası və Rus Evinin dəstəyi ilə tələbələr üçün “Nə? Harada? Nə zaman?” maraqlı intellektual oyunu keçirilib.
Bakıdakı Rus Evinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oyunun iştirakçıları müxtəlif bilik sahələri üzrə mürəkkəb suallara cavab verərək öz intellektual səviyyələrini nümayiş etdiriblər. Tədbir daim intellektual inkişafın, yeni biliklərə can atmağın nə qədər vacib olduğunu göstərib.
Dörd turun nəticələrinə əsasən, “Cənablar”, “Təsadüfi insanlar”, “Veritas” komandaları qalib gəliblər.