Bakıdakı Rus Evində Bakı Musiqi Akademiyası müəlliminin konserti olacaq
Bakı, 11 aprel, AZƏRTAC
Bakıdakı Rus Evində beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Nərgiz Kəngərlinin konserti olacaq.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər.
Aprelin 14-də olacaq konsertin proqramında BMA-da Nərgiz Kəngərlinin sinfinin tələbələri - beynəlxalq müsabiqələr laureatı Arian Qəhrəmani, Ləman Qəmbərova, Camalə Məmmədzadə, Ülkər Babayeva iştirak edəcəklər. Konsertin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina olacaq.
Konsert proqramına S.Raxmaninov, A.Skryabin, R.Şuman, F.Şopen, C.Qerşvin və S.Prokofyevin əsərləri daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:13]
“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib
- 07.10.2026 [10:26]
Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]