Bakıdakı Rus Evində Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunacaq
Bakı, 11 aprel, AZƏRTAC
Bakıdakı Rus Evində milli dirçəliş və müasir Azərbaycanın qurulması ideyalarının müəllifi olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert təşkil ediləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, konsert proqramı Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən tərtib olunub.
Aprelin 17-də olacaq konsertdə Müdafiə Nazirliyinin nümunəvi orkestrinin solisti Günay Qasımova, beynəlxalq festivallar laureatı Kənan Qədimov, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Leyla Kərimova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina, Bakı Musiqi Akademiyasının konsertmeysteri Dilarə Kərimova, şair, Azərbaycan və Rusiyanın Yazıçılar ittifaqlarının üzvü Sahib Məmmədov və başqaları çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]