Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının daxilində “kiçik şəhərcik”: COP29 məkanı sanki “Nuhun gəmisi”nə bənzəyirdi...

Bakının daxilində “kiçik şəhərcik”: COP29 məkanı sanki “Nuhun gəmisi”nə bənzəyirdi...

Bakı, 23 noyabr, Göyçək Mahmudlu, Günel Türksoy, AZƏRTAC

Odlar diyarı Azərbaycan daha bir mötəbər tədbiri böyük təntənə ilə yola saldı. Təxminən 15 gün ərzində demək olar ki, insanların yaşadığı bütün materik və qitələrin nümayəndələri dünyanı bürüyən qlobal problemin çarəsini Bakıda axtardılar. Cəmi 11 aya xariqələr yaradan Azərbaycan COP29 üçün hər bir detalı nəzərdə saxlamışdı. Yaddan çıxan hansısa incə bir məqam yox idi. COP29 məkanı kiçik şəhərcik kimi idi... Dünyanın dörd bir yanından iştirakçıların olduğu COP29 məkanı sanki “Nuhun gəmisi”nə bənzəyirdi... Həmin "gəmiyə" minənləri bir məqsəd, bir ümid birləşdirirdi: təbiətin qəzəbindən xilas olmaq...

Tədbirin sonuncu günü olmasına və yorğunluğa baxmayaraq, hər kəs gülümsəyirdi... Kimisi məmnunluqdan, kimisi isə ölkəmizin növbəti sınaqdan üzüağ çıxmasına görə...

AZƏRTAC COP29 tədbirinin keçirildiyi Mavi və Yaşıl zonalarda yerli və xarici iştirakçıların fikirlərini öyrənib.

Qarayaxma kampaniyalarına qarşı ideal cavab: ən yüksək səviyyədə təşkilatçılıq və uğurlu ev sahibliyi

"EMEDIA Group" Media Təşkilatının sədri Elşən Əliyevin sözlərinə görə, ölkəmiz hər zaman sülh, əmin-amanlıq, humanistlik niyyətini dünyaya bəyan edib. COP29 tədbiri də Azərbaycanın öz ənənələrinə sadiqliyinin növbəti nümunəsidir:

"Biz dinindən, dilindən, milliyyətindən, irqindən asılı olmayaraq bütün planet sakinlərinin ədalətli şərtlər altında yaşamasının, iqlim dəyişikliyinin təsir və nəticələrinin aradan qaldırılması üçün az inkişaf etmiş ölkələrə yardım əli uzadılmasının tərəfdarıyıq. İstər COP29-dan əvvəl, istərsə də konfrans dövründə qarayaxma kampaniyaları aparılsa da, əleyhimizə fikirlər səsləndirilsə də, biz onları ən yüksək səviyyədə təşkilatçılıq və uğurlu ev sahibliyi ilə susdurduq. İki həftə ərzində doğma Bakımız dünyanın ümid mərkəzinə çevrildi, bəşəriyyəti narahat edən problemlərə küləklər şəhərində həll yolları axtarıldı. Hamılıqla səfərbər olaraq daha bir çətin və məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gəldiyimiz üçün çox qürurluyam".

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva COP29 çərçivəsində ən möhtəşəm hadisənin Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında sənədlərin imzalanması olduğunu deyib:

 

"Düşünürəm ki, COP29 çərçivəsində TDT ölkələrinin imzaladığı sənədlər gələcəkdə real nəticələrə gətirib çıxaracaq. Hətta Azərbaycan və Türkiyənin ekosistemlə bağlı apardığı işlər gələcəkdə digər dövlətlər tərəfindən də öyrənilə bilər. Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilən Türk Dövlətləri Təşkilatının İqlimə Dayanıqlı Ağıllı Kəndlər üzrə Nazirlər Sessiyasında İqlimə Davamlı Kəndlər Forumu yaradıldı. Bu, olduqca önəmli hadisədir. Biz işğaldan azad olunan Zəngilanda, Ağalı kəndində "Ağıllı kənd" layihəsini reallaşdırmışıq. Bu, dünya iqlim təşkilatlarının həsəd aparacağı bir layihədir.

Fəxrlə deyə bilərik ki, TDT-yə daxil olan ölkələrin QHT-ləri COP29 çərçivəsində həyata keçirilən proseslərdə fəal iştirak etdilər. Ətraf mühitin qorunması istiqamətində qanunverici çərçivənin yaradılması vacib idi. Bu forumun yaradılması bir daha təsdiq edir ki, qlobal iqlim çağırışlarının həllində hər bir kəsin iştirakı lazımdır. Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsi Türk dünyası üçün də önəmli idi".

İngiltərənin Lester Universitetinin professoru Con Seymur Heslop-Harrison bildirib:

"Bu, mənim iştirak etdiyim ilk COP-dur. Etiraf etməliyəm ki, COP29 mənim gözlədiyimdən də əhatəli oldu. Biomüxtəlifliyə malik sahələrin qorunması yolu ilə kənd təsərrüfatını daha da genişləndirmək üçün gözəl imkanlar var. COP29 kənd təsərrüfatı genetikasını, bu sahə üzrə ali təhsil verən universitetlərin rolunu, biomüxtəlifliyin qorunub saxlanılması üsullarını müzakirə etmək, gələcək nəslə iqlim dəyişikliyi və onun təsirlərini azaltmaq yollarını aşılamaq üçün real fürsət yaratdı".

Ajans.az xəbər portalının baş redaktoru Tural Müseyibov bütün sahələrdə zəngin təcrübəyə malik olan Azərbaycanın COP29-a ev sahibliyi etməsinin ölkəmizin nüfuzunun, qüdrətinin göstəricisi olduğunu diqqətə çatdırıb:

"Şübhəsiz ki, bu məsələdə Prezident İlham Əliyevin rolu danılmazdır. Ölkə başçısının dəvəti ilə Azərbaycana gələn prezidentlər, vitse-prezidentlər, Baş nazirlərin iştirakı ilə keçirilən liderlərin sammitində çıxışlar zamanı səslənən fikirlər Azərbaycana olan diqqət və dəyərin bariz nümunəsidir. Həmçinin ölkəmizin beynəlxalq aləmdə söz sahibinin olmasının göstəricisi kimi qiymətləndirilə bilər. Çox nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi həm də bizim üçün böyük məsuliyyət yaradır. Xarici qonaqların fikirləri də onu göstərir ki, bu gün Azərbaycan istənilən mötəbər tədbiri yüksək səviyyədə təşkil etməyə qadir olan dövlətdir. Buna görə də prosesdə iştirak edən bütün yerli qurumlara, vətəndaşlara təşəkkür düşür. Tədbirin təhlükəsizliyinin yüksək səviyyədə təşkili Azərbaycanla bağlı olan düşüncələrdə daha fərqli yanaşmanı ortaya qoyacaq".

Bu dəfə yaşıl dünya naminə həmrəy olduq...

"Yaşıl dünya naminə həmrəylik ili"ndə COP29-un keçirilməsinin ilin ekoloji yükünü və ətraf mühitə qarşı məsuliyyətli davranışın önəmini daha da qabartdığını deyən Bakı şəhəri 295 nömrəli tam orta məktəbin direktoru, sabiq deputat Dilarə Cəbrayılova fikirlərinə belə davam edib:

"Biz ölkəmiz, dünyamız üçün növbəti həlledici bir dönəmi geridə qoyduq. Həm öyrəndik, həm də öyrətdik.

Direktoru olduğum məktəbin şagirdləri də COP29 çərçivəsində Yaşıl Zonanı ziyarət etdilər. Ətraf mühitə dost münasibəti uşaqlara elə kiçik yaşlardan aşılamaq lazımdır. Biz yaşıl dünyamız naminə uşaqlarımızı yaşıl düşüncə ilə böyütməliyik. COP29 bir daha onu göstərdi ki, məktəblərdə və təhsil ocaqlarında yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı bir sıra maarifləndirici tədbirlərin və layihələrin keçirilməsi məqsədəuyğundur. Yaşıl təhsillə bağlı görüləcək çox iş var. Düşünürəm ki, gələcəkdə bəhrə görmək üçün fidanları indidən düzgün yetişdirməliyik".

Burundidən gələn iştirakçı Sedrik Hakizimana COP29-un müsbət nəticə verəcəyini və bir çox ölkələrin probleminə həqiqətən də kömək edəcəyini düşündüyünü deyib. O, iqlim dəyişikliyindən əziyyət çəkən ölkənin nümayəndəsi kimi müzakirələrdə iştirak etməyin onun üçün çox vacib olduğunu bildirib. Paytaxtımızı çox bəyəndiyini dilə gətirən qonaq insanların çox mehriban və səmimi olduğunu da qeyd etməyi unutmayıb.

Birinci Qarabağ müharibəsi şəhidi Şaban Cəfərovun qızı, "NR" İnklüziv Mərkəzin təsisçisi və direktoru Nərmin Şabanqızı ərazi bütövlüyümüzü bərpa etdikdən sonra belə vacib tədbirə ev sahibliyi etməyimizi ölkəmizi istəməyən qüvvələr üzərində növbəti qələbəmiz adlandırıb.

O, həmçinin deyib: "COP29 məkanında məhdudiyyətli vətəndaşların tədbirdə aktiv iştirakı üçün hər bir detal diqqətdə saxlanılmış, inklüzivlik təmin olunmuşdu. İnklüzivlik və müyəssərliyin təşkilində müxtəlif dərəcədə əlilliyi olan şəxslərin iştirakı isə xüsusilə təqdirəlayiqdir. Bununla da ölkəmiz inklüziv, bütöv, hər bir fərdi ilə rəngarəng cəmiyyət qurmaq məramını bir daha göstərmiş oldu. "Yaşıl dünya naminə həmrəylik ili"ndə həmrəyliyimizin növbəti uğuruna görə hər birimizi təbrik edirəm".

COP29-un azyaşlı ziyarətçiləri arasında olan Tanzaniyadan gələn Corcina Benedikt Maqesa uşaqların ətraf mühit məsələlərinin həllinə töhfə verə biləcəyini deyib. Onun sözlərinə görə, vacib qərarların qəbulunda planetin 18 yaşadək sakinlərinin iti ağıllarının məhsullarından, düşüncələrindən yararlanmaq hər kəs üçün faydalı ola bilər.

"Uşaqlar COP29 tədbirinin nəticələri barədə məlumatlı olmalı, Braziliyada keçiriləcək COP30-u qaçırmamalıdırlar. Çünki növbəti COP tədbirinin mövzusu uşaqlar üçün olacaq".

"Xəzər dənizinin sahilində yerləşən Azərbaycan çox gözəl, səmimi və mehriban əhalisi olan ölkədir. İndiyə kimi üç kitabım çapdan çıxıb. Tanzaniyaya qayıdan kimi Azərbaycan haqqında kitab yazmağı düşünürəm", - deyə C.B.Maqesa fikirlərinə yekun vurub.

Biz bu il "Yaşıl dünya naminə həmrəylik ili" çağırışı ilə yola çıxdıq. Bəli, adından göründüyü kimi yaşıl ölkə deyil, yaşıl dünya naminə... Məhz COP29-da da əsas hədəfimiz iqlim dəyişmələri və onun təsirlərinə qarşı həmrəy olmaq idi. Ekoloji problemlərin sərhəd tanımadığı, bəzən bizim üçün lokal görünən, əslində isə ölkələr gəzərək qlobal miqyasa çata biləcək məsələlərin həllinə yalnız birlik olaraq nail ola bilərik. İlboyu dünya pəncərəsini açaraq hər kəsə yaşıl niyyətlə səsləndik. Səsimizə okeanın ta o biri tayından da səs verən oldu...

Bakı öz missiyasını uğurla tamamladı...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər