“Baku-2017”: IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışlarına start verilib
Su polosu yarışının ilk görüşü Türkiyə və İndoneziya komandaları arasında keçirilir
Bakı, 13 may, P.İmanova, N.Həsənzadə AZƏRTAC
Mayın 13-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, su polosu yarışlarının ilk günündə Türkiyə və İndoneziyanın komandaları qarşılaşırlar.
Günün ikinci yarısında isə Azərbaycan və İran milliləri birincilik uğrunda yarışacaqlar.
Mayın 13-dən 17-dək Su polosu Arenasında təşkil olunacaq yarışlarda kişilərdən ibarət beş komanda - Azərbaycan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və İndoneziya qızıl medal uğrunda mübarizə aparacaq.