“BAKUTEL-2005” BEYNƏLXALQ SƏRGİSİ AÇILACAQ
İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov sərgi haqqında ətraflı məlumat verərək demişdir ki, builki tədbirdə 20 ölkədən 100-ə yaxın şirkət peyk rabitəsi və texnologiyalar, kabel və simsiz texnologiya, proqram təminatı və avtomatlaşdırma, elektron hökumət, ofis texnologiyaları və şəbəkələr nümayiş etdiriləcək, sərgi çərçivəsində seminarlar təşkil olunacaqdır. Azərbaycanın tanınmış AzEuroTel, BakTelecom, Az.Starnet, Sinam, Atatexnologiya, Azercell, DeltaTelecom şirkətləri ən yeni texnologiyalar və telekommunikasiya sahəsinin ən son xidmətlərini təqdim edəcəklər.
Builki sərgidə, ilk dəfə olaraq, Azərbaycanın 7 regionu ilə video-konfrans təşkil ediləcək və bu bölgələrdə informasiya-kommunikasiya texnologiyaları sahəsində qazanılmış nailiyyətlər nümayiş olunacaqdır.
Sərgi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ticarət və Sənaye Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Banklar Assosiasiyası tərəfindən dəstəklənən sərgidə Az.StarNet şırkəti internetə simsiz qoşulma tətbiq edəcək və ziyarətçilərin ondan pulsuz istifadə etmələrinə şərait yaradacaqdır.