BALAKƏN KƏNDLƏRİNDƏ ELEKTRİK SAYĞACLARI QURAŞDIRILIR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 14844 abonentə xidmət edən Balakən şəbəkəsi üzrə sayğacların quraşdırılması işini bu ilin sonunadək başa çatdırmaq nəzərdə tutulur. Son aylar rayonda əhalinin və təşkilatların elektrik enerjisi haqqını ödəməsində də xeyli irəliləyiş müşahidə olunur. Avqust ayında elektrik enerjisi haqqının ödənməsi səviyyəsi 68,4 faiz, o cümlədən əhali üzrə 73,2 faiz olmuşdur ki, bu da ölkə üzrə yaxşı göstəricilərdən sayılır.