Balakəndə boks üzrə açıq rayon birinciliyi keçirilib
Balakən, 4 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 2008-2010-cu və 2011-2012-ci il təvəllüdlü idmançılar arasında boks üzrə açıq rayon birinciliyi keçirilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektorunun və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə respublikamızın 13 şəhər və rayonunu təmsil edən 150-dən çox idmançı 14 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Hər çəki dərəcəsi üzrə qalib gələn idmançılar diplom və medallarla təltif ediliblər.