Bank kartları alan qaçqınlar Almaniyanı tərk etməyə başlayıblar
Bakı, 21 yanvar, AZƏRTAC
Nağd pul əvəzinə bank kartları alan ilk qaçqınlar Almaniyanı tərk etməyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, əcnəbilər bu yenilikdən narazı olaraq ölkəni tərk edirlər.
Məlumatda bildirilir ki, Almaniya hakimiyyəti yalnız qaçqınlar üçün plastik bank kartlarının tətbiqi imkanlarını müzakirə edir, lakin bəzi rayonlar artıq onların buraxılmasına başlayıb. İndiyədək miqrantlara 200-ə yaxın kart paylanılıb, yanvarın sonunadək onların sayı 740-a çatdırılacaq.
Qaçqınlar xidmətinin rəhbəri Daqmar Peland deyib ki, hələ 2023-cü ilin dekabrında 15 qaçqın onlara kart deyil, nağd pul lazım olduğunu bildirib və az sonra ölkəni tərk edib.
Qeyd olunur ki, kartların tətbiq olunduğu bölgədən deportasiya olunanların sayı xeyli artıb.
Yanvarın əvvəlində alman müxalifətçiləri Ukrayna Silahlı Qüvvələrinin cəbhədə yüksək itkiləri fonunda ukraynalı qaçqınların vətənlərinə qayıtmasını tələb ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]