“BANK RESPUBLİKA”NIN UDUŞ KAMPANİYASININ DAHA İKİ QALİBİ MÜƏYYƏNLƏŞMİŞDİR
Kampaniya çərçivəsində bankın artıq 28 əmanətçisi pul mükafatlarının sahibi olmuşdur. Uduş kampaniyasının növbəti tirajı oktyabrın 16-da keçiriləcəkdir.
Kampaniyada “Əmanət şərtlərinin sərbəst seçimi” nominasiyası üzrə 1000 manat (yaxud dollar, avro) məbləğində əmanətlər iştirak edir.
Müştərilər uduş kampaniyasında iştirak etməklə yanaşı, əmanətin məbləği və müddətindən asılı olaraq, pulsuz MasterCard və VISA kartlarını əldə edə, “Home Banking” xidmətindən yararlana, bankın hesabına tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər.