“Bankçılıqda vacib datalar və onların doğru analizi” adlı vebinar keçiriləcək
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda, əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daim dəstək verir.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, bu cür tədbirlərin davamı olaraq, ABA tərəfindən “Bankçılıqda vacib datalar və onların doğru analizi” adlı vebinar keçiriləcək. Vebinar martın 17-də saat 13:00-da “Zoom” platforması vasitəsilə keçiriləcək. Türk dilində keçiriləcək vebinarda “Bloomberg HT”nin Baş redaktoru Gökhan Şen çıxış edəcək. Vebinarda aşağıdakı mövzular müzakirə olunacaq:
- qlobal makroiqtisadi perspektiv;
- qlobal maliyyə perspektivi;
- makroiqtisadiyyatı anlamaqda istifadə ediləcək datalar;
- maliyyə vəziyyətini təhlil edə bilmək üçün lazımi datalar;
- bankçılıqda vacib datalar və onların doğru formada oxunması;
- media tərəfdən dataların doğru analizi.
Qeydiyyat üçün link:
https://us02web.zoom.us/meeting/register/tZctcOGupzgiHdCKIcz64yvj_JQmTmcI-LWa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]