Banqladeşlə əməkdaşlığın ortaq istiqamətlərinin müəyyənləşməsinə dair razılıq əldə edilib
Bakı, 11 mart, AZƏRTAC
Banqladeşlə əməkdaşlığın ortaq istiqamətlərinin müəyyən olunmasına dair razılıq əldə edilib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-da Banqladeş səfirliyinin əməkdaşları ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, hər iki ölkənin istehsal və ixrac etdiyi məhsullar, eləcə də ölkəmizin investisiya imkanlarına dair məlumatlar diqqətə çatdırılıb. Görüşdə tekstil sənayesində əməkdaşlıq, logistika məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, ölkələrimizin sahibkarları arasında əlaqələrin qurulması və genişləndirilməsi məqsədilə vebinarın təşkilinə dair razılıq əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]