“Barselona” braziliyalı Rafinya ilə yollarını ayırmağa tələsir
Bakı, 8 yanvar, AZƏRTAC
“Barselona” braziliyalı Rafinya ilə yollarını ayırmağa tələsir. Klub futbolçuya xərclədiyi pulun heç olmasa bir qismini geri qaytara bilmək üçün satışın tezliklə gerçəkləşməsi məsələsini nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, La Liqanın cari mövsümünün futbolçu Rafinya üçün “Barselona” komandasının geyimində sonuncu olacağı güman edilir. Katalon klubu Braziliya təmsilçisinin oyunundan narazıdır.
Rafinya “Barselona”ya 2022-ci ilin yayında keçib. İspaniya çempionu onun üçün təxminən 60 milyon Avroya yaxın pul ödəyib. Lakin futbolçu klubun ümidlərini doğrultmayıb.
La Liqanın ötən mövsümündə braziliyalı futbolçu öz hesabına cəmi 15 oyun, üç qol və beş uğurlu ötürmə yaza bilib. “Catalan Sport”un məlumatına əsasən, azarkeşlər 25 yaşlı futbolçunun işinə münasibətindən narazı qalıblar.
Yerli KİV-də artıq futbolçunun satılacağı ilə bağlı şayiələr peyda olub. Səs-küylü transferin hələ ötən ilin yayında baş tutacağı gözlənilsə də, klubun idman direktoru Deku Rafinyanın vaxt keçdikcə “açılışacağına” ümidini kəsməyib. Lakin heç nə dəyişməyib.
Buna görə də, Katalon klubu futbolçunun yay transfer mövsümündə satılması məsələsini nəzərdən keçirir. Vingerə yeni və uğurlu təkliflər gələcəyi ilə bağlı söhbətlər səngimək bilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]