“Barselona”nın baş məşqçisi istefa verə bilər
Bakı, 25 yanvar, AZƏRTAC
İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi Ernandes vəzifəsini tərk edə bilər.
AZƏRTAC xəbər verir ki, 44 yaşlı mütəxəssis bunu İspaniya Kubokunun 1/4 final mərhələsində “Atletik”ə 2:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.
İspaniyalı çalışdırıcı bildirib ki, komandanın qeyri-sabit çıxışı onun Kataloniya təmsilçisindən ayrılması ilə nəticələnə bilər: “Biz "Barselona" kimi böyük klubdayıq. Oyun ərzində döyüşdük və çox çalışdıq. Qələbə qazana bilmirsənsə, deməli, baş məşqçinin komandadakı gələcəyi təhlükə altındadır”.
Qeyd edək ki, La Liqada da istədiyi nəticələri qazana bilməyən “Barselona” hazırda turnir cədvəlində 44 xalla üçüncü pillədə qərarlaşıb. Kataloniyalılar "Real Madrid"dən 7, lider "Jirona"dan isə 8 xal geri qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]